Daha bir qrup ifşa edildi:
Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
 
 
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 UEFA Çempionlar Liqası: IV tura doqquz görüşlə start veriləcək
05 Noyabr 2024 "Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur
04 Noyabr 2024 Sumqayıt Dövlət Universiteti belə təmir edilir... - Eyni lot üzrə müxtəlif tenderlər...
04 Noyabr 2024 La Liqa: "Atletiko Madrid" "Las Palmas"ı məğlub etdi
03 Noyabr 2024 "Beşiktaş" öz meydanında məğlub olub
03 Noyabr 2024 “Qalatasaray”ın qapıçısı Muslera mövsümün sonunda karyerasını başa vuracaq
02 Noyabr 2024 "Real"ın qapıçısı zədəsini sağaldıb
01 Noyabr 2024 Məşqdə Mourinyonu yıxdılar - Anbaan VİDEO
31 Oktyabr 2024 Almaniya Kuboku: "Bavariya" rəqibinə şans vermədi
31 Oktyabr 2024 Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb - FOTO
30 Oktyabr 2024 Ronaldu penaltini vura bilmədi, komandası mubarizəni dayandırdı
29 Oktyabr 2024 “Qızıl top” mükafatının qalibi bəlli olub
28 Oktyabr 2024 Yamal “El Klasiko”da tarixə keçdi
27 Oktyabr 2024 "El-Klasiko": "Barselona" səfərdə "Real"ı darmadağın etdi VİDEO
26 Oktyabr 2024 Pikedən şok açıqlama: Şakira…
25 Oktyabr 2024 "Fənərbağça" - "Mançester Yunayted" oyunu heç-heçə bitdi
25 Oktyabr 2024 Sumqayıtdan Fil Dişi Sahilinə uzanan vergi borcu – 21,7 min manat ödənilməyib
24 Oktyabr 2024 Fransızlar 20 il sonra bunu bacardılar
24 Oktyabr 2024 "Barselona"dan "Bavariya" üzərində inamlı qələbə
22 Oktyabr 2024 PSJ-nin 21-ci əsrdəki ən yaxşı oyunçusu müəyyənləşdi - Görün, Messi neçəncidir?

Dünyapress TV

Xəbər lenti