“Zibil, səni harada tapacağımı bilirəm” – Alleqri özündən çıxdı
İtaliyalı jurnalist, “Tuttosport” qəzetinin direktoru Qvido Vaçaqo İtaliya Kubokunun finalından sonra “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin onu təhqir edərək hədələdiyini açıqlayıb.

Fanat.az xəbər verir ki, Qvido Alleqrinin ona dediyi sözləri “Tuttosport”da dərc edib:

“Zibil direktor! Bəli, sən məzlum direktorsan. Öz qəzetinizdə cəmiyyətin sizə diktə etdiyini yox, həqiqəti yazın! Oxucularınızla aldatmağı dayandırın.

Qulaq as, mən səni tapmaq üçün hara gələcəyimi, səni harada gözləyəcəyimi bilirəm. Gəlib sənin qulaqlarını qoparacam. Gəlib səni sifətindən vuracam. Qəzetdə həqiqəti yazın”.

Qeyd edək ki, həlledici matçda “Yuvenstus” “Atalanta”nı 1:0 hesabı ilə məğlub edib.
 

Dünyapress TV

Xəbər lenti