Uğursuzluq və fiasko ilə yekunlaşan hərəkata görə, ona xeyir-dua verən bütün ermənilərin katalikosu II Qaregin məsuliyyət daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.
Ermənistan rəsmisi hərəkata rəhbərlik edən din adamlarını “saxtakar və kölələr” adlandırıb:
“Uğursuz hərəkat II Qareginin rəhbərlik etdiyi bir sıra din adamlarının mənəvi xidmətlərinin də uğursuzluğunu göstərir. Bu insanlar bir dini lider kimi çoxdan ictimai etimadı puça çıxarıblar, buna görə də ictimaiyyətin böyük hissəsini yalanlarına cəlb edə bilmədilər”.
Çaxoyan vurğulayıb ki, din adamlarını nüfuzdan salan, kilsəni siyasiləşdirən və xalqın etimadını puç edən katolikos və digər din adamlarının fəaliyyətləri araşdırılmalıdır.
Qeyd edək ki, mayın 9-da başlayan və yaxın günlərə qədər davam edən revanşist hərəkata keşiş Baqrat Qalstanyan rəhbərlik edib.