"Manat sürətlə dəyərdən düşür, böyük bahalaşma olacaq" - AÇIQLAMA
Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.

Maraqlıdır, yaxın gələcəkdə manata hər hansı ciddi təhlükə varmı?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik:

“2023-ci illə müqayisədə 2024-ci ildə Azərbaycanda idxal göstəriciləri kifayət qədər artıb, amma ixracatda göstəricilərin azaldığını müşahidə edirik. Bu tendesiya uzunmüddət davam edir.

Son 5 il ərzində, yəni 2019-2024-ci illəri əhatə edən dövrdə qeyri-neft sektoru üzrə ixracat göstəriciləri azalmağa doğru gedib. Əvəzində isə idxalda artım müşahidə olunub.

Bu da manata xarici təsirlərin güclənməsinə gətirib çıxarır.

Manatın 0.5 bənd dəyər itirməsi və dəyər itkilərinin davam etməsi manatın həm alıcılıq qabliyyətinin, həm də məzənnəsinin zəifləməsinə səbəb olur. Bu, davamlı şəkildə davam edirsə, çox ciddi risklər yaranacaq.

Ən böyük risk neftin qiyməti ilə bağlıdır. Bildirim ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra yeni prezident və yeni administrasiya həm Yaxın Şərqdəki münaqişələr, həm də Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək qərarlar verəcək.

Hər iki tərəf - demokratlar və respublikaçıların hər iki məsələ ilə bağlı fərqli baxışları var. Lakin gözləntilər bundan ibarətdir ki, istər Yaxın Şərqdəki münaqişələrin, istərsə də Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində ABŞ öz siyasi xəttini müəyyən edəcək. Yəni, bununla yeni dönəm başlayacaq. Bu da münaqişələrin tədricən zəifləməsinə gətirib çıxaracaq.

Sözsüz ki, bu, dünya birjalarında neftin qiymətinə təsir edəcək.

Belə demək mümkünsə, neftin qiyməti azalacaq. Bu da əhəmiyyətli dərəcədə Azərbaycana təhlükə yaradacaq.

Azərbaycan iqtisadiyyatı həm idxaldan, həm neft-qazdan asılı olması fonunda manatın zəifləməsi və sürətlə dəyər itirməsi müşahidə olunacaq.

Manatın ölkə daxilində rəsmi statistik məlumatlardan fərqli olaraq, yəni 8 və ya 10 % bənd üzrə deyil, faktiki olaraq manat təxminən 20 və ya 30 % civarında dəyər itirir.

Süni şəkildə xarici valyutalar ilə məzənnənin saxlanılmasına baxmayaraq, real ticarət münasibətlərində manatın alıcılıq qabiliyyəti aşağı düşməkdədir. 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik”.
 

Bölmənin digər xəbərləri

04 Noyabr 2024 Azərbaycan malları Şri-Lanka və Hindistana ixrac ediləcək
04 Noyabr 2024 Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı açıqlandı
04 Noyabr 2024 Rusiyadan Gürcüstana təbii qaz tədarükü tarixi rekorda çatıb
03 Noyabr 2024 Manatla geniş pul kütləsi 8%-ə yaxın artıb
03 Noyabr 2024 Manatın dövretmə sürəti sentyabrda artıb
03 Noyabr 2024 Neftimizin qiyməti 75 dollara yaxınlaşır
03 Noyabr 2024 İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
02 Noyabr 2024 Azərbaycanda unun qiyməti BAHALAŞDI – Son qiymətlər
02 Noyabr 2024 Bələdiyyələrin yeni gəlir mənbəyi - Deputat anlaşılmazlığa aydınlıq gətirdi
01 Noyabr 2024 Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
31 Oktyabr 2024 Azərbaycanda unun qiyməti müəyyənləşdi - Bu tarixdən etibarən....
31 Oktyabr 2024 1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq? - Milli Məclisdə anlaşılmaz mövqe...
31 Oktyabr 2024 Devalivasiya qapının kandarındadır? -
30 Oktyabr 2024 Dünyadakı milyarderlərə aid ən məşhur 10 uşaq adı (SİYAHI)
30 Oktyabr 2024 “Kartdan karta” ödənişə görə 43 sahibkar cəzalandırıldı - FOTO
29 Oktyabr 2024 MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi?
28 Oktyabr 2024 Tikinti materialları bahalaşdı – Evlərin qiyməti artacaq
27 Oktyabr 2024 Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
26 Oktyabr 2024 Ölkənin kərə yağı idxalına çəkdiyi xərc 84% artdı - RƏSMİ
26 Oktyabr 2024 Maskın sərvəti 33,5 milyard dollar da artdı - “Bloomberg”

Dünyapress TV

Xəbər lenti