Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü avtomobillərə təhlükə yaradıb.
TEREF avtosfer.az-a istinadən məlumat verir ki, xoşagəlməz mənzərə bir müddət əvvəl Zərgərpalan küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi, 90-AA-385 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını yolayrıcında park edib. Nəticədə o, yolayrıcına daxil olan sürücülərin soldan gələn nəqliyyat vasitələrini görməsinə əngəl törədib. Belə ki, yolu görə bilməyən sürücülər ehtiyatla irəliləyərək hərəkətlərinə davam ediblər.
Digər kadrda isə sözügedən sürücü düzgün ara məsafəsi təyin etmədiyi üçün qəfil tormoz verərək qəzadan son anda xilas olub.