"Yüksək vəzifəlilər özlərinə saxta mükafatlar alırlar" - Zahid Məmmədovdan sərt açıqlamalar
"Dövlət başçısı və ya nazirin təyin etdiyi şəxsin müxtəlif mükafat tədbirlərində diplom, setrifikat və s. kimi sənədlərlə təltif olunması doğru deyil, hətta mən deyərdim ki, etik qaydalara olduqca ziddir".

Bu sözləri Manset.az -a açıqlamasında Azərbaycan,Türkiyə və Rusiya iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib. Professor əlavə edib ki, yalnız sizi təyin edən şəxs sizin fəaliyyətinizə qiymət verə bilər, digər saxta qurumlar deyil.

" Müşahidə edirik ki, hazırda bəzi vəzifəli şəxslər, hətta göz önündə olan hər hansısa bir fəaliyyəti olmasa belə, ayrı-ayrı qurumlardan özlərini fərqli adlarla təltif edəcək mükafatlar alırar. Məsələn: "İlin ən böyük alimi", "İlin ən güclü təşkilatçısı", "İlin ən yaxşı professoru"və s. axı belə etmək olmaz. Ali Attestasiya Komissiyasında qeydiyyata düşmüsünüzmü? Əks halda sizə verilən sertifikat, diplom, təltifnamə saxtadır. Özünüzü saxta və yalan adlarla qiymətləndirirsiniz. Bu prosses heç də məntiqəuyğun irəliləmir. Səbəbi odur ki, sən həkimsənsə Səhiyyə Nazirliyi tərəfindən təltif olunmalısan. Əgər səni nazir təyin edibsə, sənin daxildəki fəaliyyətinlə tanış olmayan digər qurum sənə necə qiymət verə bilər? O sənin özfəaliyyətini və onun dərəcəsini müəyyən edə bilməz. Həmin qurumlar qərar verə bilməz ki, sən ilin ən böyük alimisən yoxsa yox. Çünki onlar sistemin içində olmayıb".

Professor Zahid Məmmədov həmin şəxsləri təltif edən xarici qurumlarla bağlı diqqətli olmağı tövsiyə edib:

" Xüsusilə qeyd etmək istəyirəm ki, xaricdən gətirilən bir qrup şəxslər və ya xarici qurumlar dövlətin təyin etdiyi şəxsləri saxtakarlıqla hansısa "beynəlxaq akademiya" "beynəlxaq qurum" adından təltif edə bilməzlər. Belə məqamda çox diqqətli olmaq və bu şəxslərin və ya qurumların kimliyini araşdırmaq lazımdır. Görək onlar Azərbaycan dövlətinin maraqlarını müdafiə edibmi? Azərbaycanın haqlı mövqeyini beynəlxaq miqyasda tanıtmaq üçün hər hansısa bir addım atıblarmı? Bəlkə həmin mükafatlardan Ermənistan üçün də hazırlanıb. Təəssüflə qeyd etmək istəyirəm ki, biz bu hallarla da rastlaşmışıq. Bu səbəbdən də artıq bu saxta diplom və mükafatların alınmasına son qoymağın vaxtıdır. Bəzi insanlar isə bu istiqamətdə olan məsələləri gündəmə gətirməklə, sosial şəbəkələrdə paylaşmaqla, saxta mükafatları otaqlarının ən yaxşı hissələrinə yerləşdirməklə yanlış addımları təbliğ edirlər. Azərbaycan qayda, qanun və hüquqlarla idarə olunan ölkədir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir vətəndaş da bu qanunları icra etməyə borcludur. Mən düşünürəm ki, bu istiqamətdə, mükafatın alınması və ya verilməsi ilə bağlı müvafiq qurumlar yeni əsasnamələr tərtib etməlidirlər. Biz mesajımızı ötürürük və tələb edirik ki, bu saxtakarlığa son verilsin".
 

Bölmənin digər xəbərləri

02 İyul 2024  Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
02 İyul 2024 DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
02 İyul 2024 Bahalı nömrə ilə "Range Rover" sürən azyaşlının görüntüsü yayıldı - 99-CM-007 - VİDEOQ
02 İyul 2024 Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “... bütün nəticələr sıfır olacaq”
02 İyul 2024 Yanacaqdolduma məntəqələrindəki biabırçılıq - Süni əngəllər yaradıldı - VİDEO
01 İyul 2024  Azərbaycanın bölgələrində MÜƏLLİM BÖHRANI... GÖZLƏNİLİRMİ?
01 İyul 2024 Seymur Orucovun həbsdə olan qohumu azadlığa çıxmaq istəyir - TƏFƏRRÜAT
01 İyul 2024 Şəki sakini dövlətdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
01 İyul 2024 Putinin köməkçisinin oğlu vəfat edib
01 İyul 2024 Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir
30 İyun 2024 Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
30 İyun 2024 "Exit-poll" keçirmək istəyən təşkilatların akkreditasiyasının başlanma vaxtı açıqlandı
29 İyun 2024 Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır
28 İyun 2024 Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub?
28 İyun 2024 Saatlıda “ölüm mənbəyi”nə çevrilmiş qum karxanaları – kimdir müqəssir?
27 İyun 2024  Yeni TƏHLÜKƏ MƏNBƏYİ: Bakı liftləri... - Dövlətin ayırdığı pullar BƏS NƏ OLDU?..
27 İyun 2024 Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu
27 İyun 2024 İctimai nəqliyyat kollapsı: hökumət qaş düzəltmək yerinə göz çıxarır - PROBLEM...
26 İyun 2024 Novxanıdakı “La Chateau” restoranına getməyin... - "Peşman olduq..."
26 İyun 2024  Dekan müavini icra başçısı ilə əlbir olaraq milyonluq evə ƏL QOYUR... - VİDEO

Dünyapress TV

Xəbər lenti