"Qapalı parkinqdə avtomobilə dəyən zərərə görə məsuliyyət var, açıq parkinqdə belə qayda yoxdur"
Bir neçə gün əvvəl “Azparking” parklama yerlərində birində kiçik avtomobil öz parklama yerini tərk edərkən qarşısındakı maşını, sözün əsl mənasında vuraraq çıxdı və heç nə olmamış kimi hadisə yerini tərk etdi. Bu kimi hadisələr baş verdiyi zaman məsuliyyət kim daşıyır, “Azparking”in əməkdaşlarına avtomobillərə nəzarət etməlidirmi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, parklanma yerlərində sığorta məsələsi yoxdur.

“Təhlükəsizliklə bağlı elə bir mövzu yoxdur. Açıq ərazidir və burada hansısa maşını “Azparking” əməkdaşları dövrəyə alıb mühafizə edəsi deyil. Hər bir avtomobilin icbari sığortası var. Kasko sığorta deyilən bir anlayış var. Bunlar da bu formada icra olunur. Kimsə avtomobili yerindən tərpədəndə başqasına sürtürsə, bu da həmin avtomobilin sürücüsünün məsuliyyətinin fonunda sığortalana bilər. Bu xətanı törədən sürücü öz sığortası vasitəsilə dəymiş ziyanı ödəyəcək. Yəni bu məsələlər belə tənzimlənməlidir. Belə bəsit formada "burada saxladığım maşın üçün “parkinq” pulu ödəmişəm, maşınıma nə xidmət göstərirsən?" fikrini irəli sürmək düzgün deyil. Yəni parkovkaya pul verdin deyə, sənin maşınına yağdəyişmə etməli deyillər. Orada pulsuz avtoyuma edəsi deyillər. Maşının qabağına gül taxası deyillər. Yəni küçə parklanması bütün dünyada bu formadadır. Heç bir ölkədə parklanmaya görə sürücüyə xüsusi medal verən yoxdur”-deyə Elməddin Muradlı bildirib.

Ekspertin sözlərinə görə, yeraltı parkinqlərdə bu məsuliyyət məsələsi ola bilər. Çünki bir neçə mərtəbədən ibarət olur. Orada təhlükəsizlik qaydaları qorunmalıdır. Avtomobilə dəymiş zərərə görə, məsələn, boru qopub avtomobilin üstünə düşübsə, qapalı parklanma xidməti göstərilən qurum buna görə məsuliyyət daşıyır. Amma küçə parklanmasında belə məsuliyyət yoxdur.

Bölmənin digər xəbərləri

25 İyun 2024 Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - TƏFƏRRÜAT
25 İyun 2024 Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
25 İyun 2024 Bakıda “ölüm zonası“: Burada yaşayanlar təhlükə qarşısındadırlar
25 İyun 2024 Üç polisi qətlə yetirən Rövşəni Rüstəm Şahbazovla nə bağlayır? - DETALLAR
24 İyun 2024 Bakıda əməliyyat zamanı həlak olan polislərin - Fotosu
24 İyun 2024 Bakıda daha bir yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var
24 İyun 2024 Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası
24 İyun 2024 Sel kəndlərlə rayonların əlaqəsini kəsdi (VİDEO)
24 İyun 2024 Mehdiyevin kürəkəni içki aludəçisi olub - Gecələr “Rolls-Royce“da stress atır
22 İyun 2024  Təzə rəhbər SƏRT ÜZÜNÜ göstərir... - Amma sıravi işçilərə...
22 İyun 2024 Beş ağır maddə ilə ittiham olunan keçmiş icra başçısı vurduğu zərərin tam ödənildiyinin nəzərə alınması və əfv olunmasını istəyib
22 İyun 2024 Daha bir “tender kralı” etibarsız təchizaçtı elan edildi
22 İyun 2024 Tufan qərb rayonlarında dağıntılar törətdi - "Azərişıq" bərpaya başladı -VİDEO
21 İyun 2024 Masallıda GÖRÜNMƏMİŞ OLAY: Vətəndaş kanalizasiya xəttini BETONLADI... - BU NƏDİ BELƏ?!
21 İyun 2024 Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır
21 İyun 2024 10 yaşında övladı qonşuları tərəfindən döyülən Şəmkir sakinindən PREZİDENTƏ MÜRACİƏT - "35-36 gündür ki, polis bizə heç bir məlumat vermir"
20 İyun 2024 Müəllimlərin NƏZƏRİNƏ: İmtahanlar başlayır
20 İyun 2024 SURAXANI SAKİNLƏRİ MAVİ YANACAQLA NİYƏ TƏMİN EDİLMİR? - "“Azərqaz” bizi "süründürür", qaz vermir..."
20 İyun 2024 Bu cür yerlərdə çimmək çox təhlükəlidir -EKSPERTDƏN XƏBƏRDARLIQ
20 İyun 2024 “Azərbaycan hökumət başçısı bərk hirslənib və erməni katolikosunu ağır sözlərlə kabinetindən qovub...”

Dünyapress TV

Xəbər lenti