|
“Crocus City” də 145 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işində dörd yeni müttəhimin adı açıqlanıb.
Musavat.com “Kommersant”a istinadən verdiyi məlumata görə,onlardan ikisi həbs edilib, daha ikisi isə axtarışa verilib. Sözügedən dörd şəxs konsert salonuna gələn terrorçularu silahlandırıblar.
Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsində baxılan cinayət işi üzrə yeni təqsirləndirilən şəxslər İnquşetiya sakinləri Hüseyn Medov, Cəbrayıl Auşev, Xavaj-Baqaudin Əliyev, həmçinin Batır Kulayevdir. Son illərin ən qanlı cinayətlərindən birinin istintaqı zamanı müəyyən edilib ki, konsert zalında kütləvi qırğından bir neçə həftə əvvəl terrorçu taciklər İnquşetiyada bu şəxslərlə əlaqə saxlayıblar.
Əməliyyat məlumatlarına görə, qanunsuz silah alveri ilə məşğul olan 32 yaşlı Hüseyn Medov taciklərin sifarişi ilə 4 ədəd “Kalaşnikov” avtomatını döyüş tüfənginə çevirib. Onun şəriki 27 yaşlı Batır Kulayev “Krokus”da terrorçuların istifadə etdiyi “Kalaşnikov” avtomatları üçün patronları əldə edib. Medovun şərikləri, 23 yaşlı Cəbrayıl Auşev və 31 yaşlı Xavaj-Baqaudin Əliyev silah və sursatları kəndin yaxında gizlədərək, koordinatlarını müştərilərə göndəriblər.
Vasitəçilər gəlib onları götürüb 4 avtomat, 68 maqazin və 2 mindən çox patronu Moskva ətrafında taciklərə çatdırıblar. İstintaqda iştirak edən şəxslərin ifadələrinə görə, onlara silah və sursat üçün 1 milyon rubldan çox pul veriblər. FTX və cinayət axtarışı əməkdaşları Medov və Auşevi İnquşetiyada saxlayıblar. Onların iki həmyerlisi axtarışa verilib.
Medov və Auşev “Krokus” terror aktının digər iştirakçılarının həbsdə olduğu Moskvaya aparılıb. Noyabrın 1-də Basmannı Rayon Məhkəməsi onlar barəsində həbs qərarı çıxarıb. Təqsirləndirilən şəxslərin nümayəndələri “Kommersant”a bildiriblər ki, onlar terror aktında iştirakını inkar ediblər, lakin silah və sursatın qanunsuz dövriyyəsində iştirak etdiklərini etiraf ediblər.
Yada salaq ki, martın 22-də baş verən terror aktı zamanı 145 nəfər həlak olub, daha 551 nəfər yaralanıb. Cinayətin birbaşa icraçıları, 4 miqrat tacik olub. Terrorçuların martın 23-də Belqorod vilayətinə gedərkən Ukraynaya keçmək istəyiblər. Sonrakı araşdırmalar zamanı terrorçulara dəstək verən Dağıstanda yaşayan onlarla tərəfdaşı saxlanılaraq həbs edilib. İstintaq hesab edir ki, onların hamısı qadağan olunmuş “Vilayəti Xorasan” terror təşkilatının tərəfdarları olub.
Musavat.com