NATO “F-16” qırıcılarının Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləyir - Bu BÖYÜK SAVAŞ deməkdir...
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Ukraynaya veriləcək “F-16” qırıcıları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirilməsini dəstəkləyir.

Reyting.az xəbər verir ki, Stoltenberq bunu Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasının əvvəlində keçirdiyi brifinqdə deyib.

Baş katibə yayın sonuna qədər “F-16” üçün kifayət qədər sayda ukraynalı pilotun yetişdiriləcəyi və bu təyyarələrdən Rusiya ərazisinə zərbələr endirmək üçün icazənin verilib-verilməyəcəyi ilə bağlı sual ünvanlanıb.

Stoltenberq bildirib ki, alyans müttəfiqləri texniki xidmətə dəstək verə biləcək pilotları və texniki personalı hazırlamaq üçün Ukrayna ilə işləyir: “Onlar bunu mümkün qədər tez başa çatdırmaq üçün çox çalışırlar. Amma bu, böyük bir işdir. Bunun üçün çoxlu səylər var”.

Baş katib xatırladıb ki, təlim mərkəzləri Rumıniyada fəaliyyət göstərir. O, əmin edib ki, hər şey mümkün qədər tez edilir.

Eyni zamanda, o, bildirib ki, müxtəlif müttəfiqlər öz silahlarının istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq ediblər, lakin o, bəzi müttəfiqlərin Rusiya ərazisindəki hərbi obyektlərin vurulması ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını alqışlayır.

“Biz nə baş verdiyini başa düşməliyik. Bu, aqressiv müharibədir. Rusiya Ukraynaya hücum edib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə Ukraynanın özünümüdafiə hüququ var. Buna Rusiya ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək də daxildir”,- Stoltenberq əlavə edib.

Baş katib deyib ki, özünümüdafiə eskalasiya deyil, BMT Nizamnaməsində təsbit olunmuş hüquqdur: “Bizim Ukraynaya öz hüququnu müdafiə etməkdə köməklik göstərmək hüququmuz var və bununla müttəfiqlər münaqişənin tərəfinə çevrilmir”.
 

Bölmənin digər xəbərləri

24 İyun 2024 DƏRBƏNDDƏ VƏ MAHAÇQALADA TERROR AKTLARI TÖRƏDİLİB - Ölənlərin və yaralananların sayı artır + VİDEOLAR (Yenilənib)
24 İyun 2024 PAŞİNYAN "ERMƏNİ ÜÇLÜYÜNƏ" SAVAŞ AÇIB... - İrəvan Azərbaycanın haqlı mövqeyini dəstəklədi
24 İyun 2024 Dağıstanda terror aktı: “Döyüş artıq başa çatıb”
24 İyun 2024 Dünyanın ən kiçik 10 ölkəsi – SİYAHI
22 İyun 2024 Rusiya XİN rəhbərinin müavini İranla nüvə sazişi barədə danışdı
22 İyun 2024 Netanyahunun müşaviri Ermənistanı hədələdi: “Mənfi təsir göstərəcək”
22 İyun 2024 Himni olmayan ölkə - ŞOTLANDLARIN DİRİLİŞİ - VİDEO
21 İyun 2024 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir
20 İyun 2024 İranda prezident seçkilərinin “nəticələri” elan edildi - İNCƏLƏMƏ
20 İyun 2024 “Türkiyə ilə münasibətlərin qurulması Ermənistanda siyasi böhrana səbəb olmayacaq...” - “Kavkazskiy uzel”
20 İyun 2024 Şimali Koreya lideri Putinin hədiyyəsinin qarşılığında nə verdi?
20 İyun 2024 “Humanistliyinizi anlaya bilmirəm…” –
20 İyun 2024 Ermənistan KTMT-nin iclasına qatılmayacaq
19 İyun 2024 Macarıstan Ursula fon der Lyayenin yenidən təyinatını dəstəkləməyəcək
19 İyun 2024 ABŞ rəsmisi: Putin “elementar sağlam düşüncəyə meydan oxuyur”
19 İyun 2024 Alman nazir həyəcan təbili çaldı: “Ukraynaya kömək etməsək…”
18 İyun 2024 ABŞ Zelenskini aradan götürə bilər - Bennett
18 İyun 2024 "Ermənistan hökuməti KTMT-dən çıxıb-çıxmamağa qərar verməlidir" - Dövlət Departamenti
17 İyun 2024  Bu cür Ermənistan nəyimizə lazımdır? - Korotçenko BELƏ DEYİR
17 İyun 2024 Paşinyan Azərbaycanla sərhədə gəldi - KİV

Dünyapress TV

Xəbər lenti