Avropa ölkələri Fələstin dövlətini tanımağa başladı: Nə baş verir?
“Avropa İttifaqının 3 ölkəsinin Fələstin dövlətini tanıması praktik olaraq heç nə vəd etmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Aİ-nin 3 ölkəsi – Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətini tanımasını şərh edərkən deyib.

“Hələlik nə aparıcı Avropa dövlətləri, nə də ABŞ Fələstini müstəqil dövlət olaraq tanımır. Hamıya bəllidir ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Amma bir sıra aparıcı dövlətlər İsrail dövlətini tanısalar da, Fələstin dövlətinin yaranmasını istəmirlər”, deyə politoloq bildirib.

Həmsöhbətimiz qeyd edib ki, 3 Aİ ölkəsinin Fələstini müstəqil dövlət olaraq tanıması praktik baxımdan Fələstinə heç nə verməsə də, fələstinlilər addım-addım istədikləri məqsədə doğru getdiklərini anlayırlar:

“Yəhudi xalqı içərisində Fələstini dövlət kimi tanımaq istəyənlər olsa da, onlar azlıq təşkil edir. Əksəriyyəti millətçi düşüncəsindədir. Fələstin dövlətini tanıyan aparıcı ölkələrin sayı artsa, xüsusən də Avropanın aparıcı ölkələri və ABŞ onu tanısa, dünya ictimaiyyəti də kəskin şəkildə İsraildən Fələstin dövlətinin tanınmasını tələb edə bilər”.

Siyasi şərhçi Rufiz Hafizoğlu isə bildirib ki, Fələstin dövlətinin tanınması üçün ilk növbədə münbit mühit olmalıdır:

“Nə Avropa İttifaqı, nə İspaniya, nə də digər ölkələrin heç biri Fələstin dövlətini yaxın vədədə qəbul etməyəcək. Fələstin dövlətinin qəbul edilməsi üçün ilk növbədə vahid Fələstin hökumətinin yaradılması vacibdir. Amma bu gün Fələstin daxilində ciddi problemlər var. Fələstin dövləti dedikdə İordan çayının qərb sahili, yoxsa onunla yanaşı, Qəzza ərazisi nəzərdə tutulur? Digər tərəfdən, onun 1967-ci il sərhədləri, yoxsa hazırki sərhədlər daxilində olması nəzərdə tutulur? Tanınma üçün münbit mühit yoxdur. Təəssüf ki, Fələstin daxilindəki qarşıdurma buna imkan vermir. Vahid Milli Fələstin hökuməti yaradılmalıdır. Beynəlxalq Məhkəmə HƏMAS liderlərinin həbsini tələb edib”.

Bu baxımdan, həmsöhbətimiz hesab edir ki, bəzi Aİ ölkələrinin verdiyi bəyanatların heç bir ciddi əsası olmayacaq:

“Avropa onları qəbul etsə də belə, bu sadəcə formal xarakter daşıyacaq. İlk növbədə fələstinlilər öz aralarında olan ədavəti həll etməlidir”.

Qeyd edək ki, son zamanlar Avropa İttifaqının bir sıra dövlətləri Fələstini müstəqil dövlət olaraq tanımağa başlayıblar. Bu sırada ilk addımı İrlandiya, İspaniya və Norveç atıb. İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bildirib. İspaniya hökuməti isə mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. Bu barədə ölkənin baş naziri Pedro Sançes çərşənbə günü Deputatlar Konqresində çıxışı zamanı bildirib. Ümumiyyətlə, bu günə qədər Azərbaycan da daxil Fələstini 140 dövlət tanıyıb. Amma onların içərisində ABŞ və Avropanın aparıcı dövlətləri hələ ki, yoxdur.
 

Bölmənin digər xəbərləri

16 İyun 2024 “Rusiya cənub qalamız olan Qarabağı itirdi” - Vladimir Xomyakov SƏRSƏMLƏDİ
16 İyun 2024  Avropalı lider Hakan Fidana yaxınlaşıb türkcə yardım istədi – “Lütfən...”
16 İyun 2024 İranda ədliyyə binasında PARTLAYIŞ
16 İyun 2024 ikol Paşinyandan əcaib - qəraib açıqlamalar: - "Gerçək Ermənistan..."
15 İyun 2024 Ermənistanda “Daşnakstyun”un ofislərində axtarışlar başlanıb –Partiyanın 10-a yaxın rəhbər şəxsi saxlanılıb
15 İyun 2024 Zelenskinin legitim olmaması danışıqların aparılmasına maneə deyil - Kreml
15 İyun 2024 İstanbulun 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib
14 İyun 2024  Obrayen İrəvanda Bakını dəstəklədi: ABŞ nə istəyir? - Görünəni odur ki...
14 İyun 2024 ABŞ-da işsizlik son 9 ayın ən yüksək səviyyəsinə çatıb
14 İyun 2024 NATO “F-16” qırıcılarının Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləyir - Bu BÖYÜK SAVAŞ deməkdir...
13 İyun 2024 Dünya xəritəsinə yeni dövlət daxil olub? - Ərazinin müstəqilliyi tanınır
13 İyun 2024 Fransanın bir saata darmadağın etdiyi şəhər: 14 yaşlı şahid danışır - VİDEO
12 İyun 2024  Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH
12 İyun 2024 Stoltenberq NATO-nun Ukraynaya hərbi yüklərin koordinasiyası barədə danışıb
12 İyun 2024 Gürcüstan ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid edir
12 İyun 2024 “Avropa ərazisinin müdafiəsində NATO-ya alternativ yoxdur“ - Borrell
11 İyun 2024 Rusiya və Braziliya prezidentləri arasında telefon danışığı baş tutub
11 İyun 2024 Almaniya hökuməti Bundestaqa erkən seçkilər elan etmək fikrində deyil
10 İyun 2024 Bayden və Makron Rusiya aktivləri ilə bağlı razılığa gəliblər
09 İyun 2024 Almaniya kansleri “HƏMAS”a çağırış edib

Dünyapress TV

Xəbər lenti