Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama
28 Oktyabr 2024 Bərdənin üçüncü dəfə raket atəşinə tutulmasından 4 il ötür
27 Oktyabr 2024 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
24 Oktyabr 2024 Xronika: "Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi"
23 Oktyabr 2024 Bərdə-Ağdam magistral avtomobil yolunun Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir
22 Oktyabr 2024 Kəlbəcərlilərə şad xəbər: İlk köç bu tarixdə başlayacaq
21 Oktyabr 2024 Ermənilər Qarabağ narını HARDAN ALIR? - Bakıda satışda yoxdursa...
20 Oktyabr 2024 Qubadlının azad edilməsi tarixi hadisədir
20 Oktyabr 2024 Prezidentdən Zəngilanın azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM - VİDEO
19 Oktyabr 2024 İşğaldan azad olunmuş ərazilərinin bərpasına 14,6 milyard manat xərcləcək
18 Oktyabr 2024 Qarabağda yeni idarəçilik: icra hakimiyyətləri ləğv edilir?
17 Oktyabr 2024 “Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
16 Oktyabr 2024 “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı
15 Oktyabr 2024 DİZAĞA HADRUT DEDİLƏR
14 Oktyabr 2024 17 oktyabr tarixi Füzulilərin yaddaşında əbədi qalacaq

Dünyapress TV

Xəbər lenti