Qazax kollecində bitməyən korrupsiya, qanunsuzluq, dələduzluq hallarına nə vaxt son veriləcək?
Qazax kollecində bitməyən korrupsiya, qanunsuzluq, dələduzluq hallarına nə vaxt son veriləcək?
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev haqqında həddindən artıq məlumatlar yayılmışdır. Demək olar ki, bütün qanunsuzluqlardan uğurla istifadə edən Elşad Quliyev hələ də vəzifəsindən azad edilməmiş, hətta həbs edilməmişdir.
Niyə Emin Əmrullayev belə bir şəxsin təhsil sahəsində vəzifə tutmasına və davamlı olaraq belə qanunsuzluqlar, korrupsiya hallarları yaratmasına icazə verir?.
Xüsusilə təhsil ocağının başında bu tip şəxslərin olması gələcəyimizi, övladlarımızı daha da bərbat bir həyata hazırlayır. Hər şeyi daha da çətinləşdirir. Yalandan deyilmiş bütün təhsil addımlarını, qiymətləndirmələr, inteqrasiyalar, layihələr-hamısını yalanlayır. Göz boyamaq üçün istifadə olunan bütün o xəbərlərin əslində çox mənasız olduğunu və hələ də təhsilimizin monarxiya rejimində idarə edildiyini, qanunsuzluğun, qohumbazlığın, daydaylığın, korrupsiyanın əsas olduğunu açıq-aşkar göstərir. Yalanlara nə ehtiyac var ki, hər şey illərdir göz önündədir. O qədər insanın məhv olmuş həyatına qarşılıq səssizliyi seçən insanlardan necə bir uğur gözləmək olar? Təhsilimizi onlara necə əmanət etmək olar?
Sizlərə Elşad Quliyev haqqında bir az daha geniş məlumat vermək istərdim.
1. 100 nəfərə yaxın tələbə aylığa buraxılıb. İddaya görə, Hər aylığa buraxılan tələbə bir smestr üçün direktor Quluyevə 1000 azn pul verir.
2. Tələbələrin təhsil haqqı hesabına formalaşan kollecin xüsusi hesabına yığılan 100 minlərlə vəsait direktorun müxtəlif yollarla etdiyi maxinasyalarla kotirovka edilib mənimsənilir. Halbuki həmin xüsusi hesabdan kollecin müəllimlərinə ildə bir neçə dəfə premya verilməlidir (məsələn 5 okyabr müəllim günü,8 mart beynəlxalq qadınlar günü və.s). Lakin demək olar ki buna əməl edilmədiyi qeyd edilib.
3. Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiməkdədir. Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir
4. Elşad Quliyevin həyat yoldaşı Qazaxda Hüseynbəyli məktəbində təlim-tərbiyə müəllimi vəzifəsində çalışsa da, İNTİM VİDEOSU yayıldığından məktəbdən kənərlaşdırılmış və hal-hazırda isə işə qayıtdığı bildirilir.
5. Kollecinin qanuni sürücü ştatı olsa da Elşad Quliyev avtomobili qohumlarının birinin adına yazdırıb və əməkhaqqı kartını mənimsəmək yolu ilə avtomobili özü idarə edir.
6. Kollecdə fəhlə və xadimə ştatında olan bir çox işçilər özlərinə aid olan vəzifəni yerinə yetirmək əvəzinə bütün günü kabinetdə əyləşirlər. Dövlətdən hər ay maaş alan bu şəxslər vəzifələrini icra etmirlər. Hamısı karta görə işədüzələn qohum-tanış və pulla işə düzələnlərdir.
7. Mart ayında işə götürdüyü işçini fevral ayında aldadaraq işdən çıxarmalı oldu. Səbəb isə,özünün dediyinə görə,ona göstərilən göstəriş olub. (Hansı ki, faktlar var idi)
8. Elşad Quliyev təhsil naziri Mikayıl Cabbarovun əmri ilə kollecə direktor müavini təyin olunmuş Nicat Göyüşovu sıxışdırmağa, ona hədə-qorxu gəlməyə, kollektivi üstünə qaldırmağa, olmayan hadisələri "sənədləşdirərək” polisi işə qatmağa və bu yolla istəyinə nail olmağa çalışmışdır
9. Eldar Mahmudovun kollec direktoru olan qohumu Tədris planında olmayan dərslər məhz onun əli ilə hər biri 200-300 saat olmaqla müəllimlərə pay-puş edilib və əvəzində də onlardan 6-7 min manat alınaraq cibdaşına ötürülüb.
10. Elşad müəllim ödənişli pulların hesabına təkcə oktyabr ayında 80 min manat alaraq bir hissəsini mənimsəyib. Müəllimlərə saat hesabına verdiyi dərslərin əvəzinə hər ay 200-300 manat maaş yazaraq hərədən 50 manat qoparır.
11. Ailə başçısını itirmiş tələbələrin hər birinə dövlət tərəfindən ayrılan 500 manatı da Elşad müəllim həzm-rabedən keçirir.
12. Kollecdə bufet açaraq hər ay oradan 200 manat icarə haqqı alır.
13. Heç bir hüquqi sənədi-filanı olmadan, dövlət qeydiyyatından keçmədən kollecdə kompüter kursu açmazdı və saxta yolla uşaqlara 200 manata diplom satmazdı.
14. Kolleclə üzbəüz Heydər Əliyev prospektində sabiq bələdiyyə sədri Oktaydan 70 minə obyekt alıb hər ay 500 manata qeydiyyat idarəsinə arendaya verir.
15. Hüseynbəyli kəndinin yol ayrıcında iki mərtəbəli mağaza, kafe-yeməkxana-çayxana tikdirib.
16. «Azpetrol»un arxasında dəyəri 100 min manatı arxada qoyan villa ucaldıb.
17. Bakıda neçə-neçə ev tikdirməz, Tibb Universitetində təhsil alan qızı üçün hər il 3 min manat təhsil haqqı verir, bir neçə adda xarici maşınları var.
18. Tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları var.
19. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi.
20. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları var.
Hüseynbəyli kəndin girişindəki böyük mağaza yeznəsi Fuad Şahmalıyevin adınadır.
Bakıda Kürəkəni Ruslana ev və maşın alıb.
Çinar dibi deyilən yerdə (Bayraq meydanına yaxın) təzə obyekt tikilir.
Qazaxın zaks idarəsi Elşad Quliyevə məxsus idi və 130000 Həkim Fərhadın oğluna satmışdır.
21. Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir, direktorun əvvəlcədən sövdələşdiyi şirkətlərlə formal müqavilələr bağlanıldığı da söylənilir.
Qazax Dovlət Sosial-İqtisadi Kollecində külli miqdarda dövlət vəsaiti kotirovka sorğusu yolu ilə mənimsənilir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539,8 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “AZİMUT TƏCHİZAT” MMC ilə bağlanılıb.
MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 20 manat, qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. İnformasiya texnologiyası avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Maşın və avadanlıqların satın alınması üzrə 15.999,62 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “STRİX” MMC ilə bağlanılıb.
MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat, qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Maşın və avadanlıqların satınalınması, İKT və məişət avadanlıqlarının satın alınması kimi kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bu MMC-nin də bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Cari təmir işlərinin satın alınması üzrə 28.010,9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il tarixdə “GLOBAL SERVICES” MMC ilə bağlanılıb.MMC 28.11.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.
Qeyd edək ki, Sosial-İqtisadi Kollecin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “VARIANT-SEVIS” və “ORLONDO AZ” MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir. MMC-lərin müvafiq olaraq 35057.69 manat və 56204.86 manat vergi borcu var.
Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıbHəmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş “GLOBAL SERVICES” MMC-nin külli miqdarda vergi borcu var. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyevin görəsən bunlardan xəbəri varmı?Yaxud “GLOBAL SERVICES” MMC,”VARIANT-SEVIS”, “ORLONDO AZ” MMC MMC,”AZİMUT TƏCHİZAT” MMC -lərlə ,yaxuda qanunları pozararaq kotirovka sorgusunun qalibi olmuş digər MMC-lərlə Elşad Quliyevi hansı maraqlar birləşdirir?Vergi borcu olan MMC-ni, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq kotirovka sorgusunun qalibi etməkdə Elşad Quliyev görəsən hansı maraqlar güdür?
Bütün bunlara rəğmən hələ də monarxiya, sizcə, hansı səbəbdən davam edir?

Mənbə: Tehsilmedia.az
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR
05 Noyabr 2024 Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...
05 Noyabr 2024 Sahil Babayevin "kontor"unda qumar oynanılır?! - 300-100 manat arasında...
05 Noyabr 2024 Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı - AzTV-də nə baş verir?
04 Noyabr 2024 Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI... HƏLƏ DƏ DAVAM EDİR...
04 Noyabr 2024 Bərdədə nə baş verir? AQTA susur vətəndaş dad eləyir.. VİDEO
04 Noyabr 2024 Taksi sürücüsünü döyən AA seriyalı avtomobilin sahibi görün kimdir — VİDEO
04 Noyabr 2024 Yağın bahalaşması AQTA, DGK ilə yanaşı Səhiyyə Nazirliyinində rolu var - İDDİA
03 Noyabr 2024 Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır
02 Noyabr 2024 GRANDMART-ın sifarişi ilə TƏHLÜKƏ... - Bunun başqa ADI YOXDUR...
02 Noyabr 2024 8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?
02 Noyabr 2024 Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? - SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ...
02 Noyabr 2024 Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
01 Noyabr 2024 Qaralovun "Akkord" şirkətinin dövlətin milyonlarını mənimsədiyi bildirilir
01 Noyabr 2024 “Azərbaycan Dəmir Yolları”nda MƏXMƏRİ YEYİNTİ...
01 Noyabr 2024 Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
01 Noyabr 2024 Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
01 Noyabr 2024 "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
01 Noyabr 2024 İlqar Məhərrəmovun dostluq etdiyi “Dostluq H-EL” MMC-nin arxasında kimlər durur
01 Noyabr 2024 Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...

Dünyapress TV

Xəbər lenti