Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...
“Dedilər ki, Prezidentin tapşırığı var, rayonda kimsəsiz uşaqlar üçün istirahət yeri tikilməlidir. Mənim də 8 sot torpağım Mingəçevirin ən yaxşı yerində, Kürün qırağındadır. Dedim, Prezidentimizin göstərişi qarşısında boynumuz qıldan incədir. Dedilər, əvəzinə mərkəzdən torpaq verərik sənə. Razılaşdıq. 200 min manatlıq torpağım əlimdən gedəndən sonra anladım ki, məni aldadıblar”.

Mingəçevir sakini Fəxrəddin Əhmədov Meydan TV-yə danışır ki, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı (hazırda Gəncənin icra başçısıdır) Niyazi Bayramov və Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən aldadılıb. Vətəndaşın iddiasına görə, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinə dəvət olunub. Ona bildirilib ki, Prezident tərəfindən Mingəçevirdə kimsəsiz uşaqlar üçün sanatoriya tikintisinə göstəriş verilib, onun mülkiyyətində olan torpaq sahəsi sanatoriyanın yeri üçün əlverişlidir. Əvəzinə başqa yerdə torpaq sahəsi ayırmaqla həmin sahəni ondan istəyiblər:

“Razılıq verdim, dedilər, sabah Şəhriyarın sürücüsüylə gedin notariusa, torpağı onun adına alqı-satqı et, Prezidentin tapşırığı əsasında işlər başlanmalıdır, vaxt yoxdur, sonra gerisini də həll edərik. Mən də inandım, düşündüm ki, sözü deyən bu boyda şəhərin başında dayanan icra başçısıdır. Sabahı gün getdik, 200 min manat dəyəri olan 8 sot torpağı 5 manata mənim adımdan alqı-satqı müqaviləsi ilə Şəhriyar Mustafayevin sürücüsünə verdim. Mənə heç 5 manat da verilməyib. Çünki əvəzi olaraq Mingəçevirin mərkəzində torpaq vəd olunmuşdu”.

“Gördüm ki, torpaqda iş aparılmır, geri tələb etdim”

Fəxrəddin Əhmədovun sözlərinə görə, vəd olunan torpağa görə bir neçə dəfə icra hakimiyyətinə get-gəl edib, üstəlik də torpaq sahəsində hər hansı iş aparılmadığını görüb:

“Hər dəfə bir bəhanə gətirirdilər. Qış keçsin yayda işlərə başlanılacaq, yay olurdu, deyirdilər, payız gəlsin, iş başlayacaq. Dedim, xeyli vaxt keçdi, burda heç nə tikilmədi. Ya torpağımı özümə qaytarın, ya da vəd etdiyiniz torpaq sahəsini verin”.

İcra hakimiyyətinin başçısı dəyişəndən sonra Fəxrəddin Əhmədov narahat olmağa başlayıb və Bakıdakı qurumlara yazıb:

“Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Daxili İşlər Nazirliyinə yazmışam, hamısının da dəfələrlə qəbulunda olmuşam. Mehriban Əliyevanın qəbulunda olmuşam, köməkçisi qəbul edib. Mənim şikayət etdiyimi görəndə götürüb torpağı tez başqasının adına alqı-satqı ediblər”.

“O torpaqları məmurlar öz aralarında bölüşdürüb”

Fəxrəddin Əhmədov deyir, aldadılaraq əlindən alınan torpaq sahəsi 1991-ci illərin əvvəlinədək 5 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun işçiləri üçün istirahət zonası yaradılmasına görə ayrılıb: “Ancaq zavod fəaliyyətini dayandırdığı üçün bu, baş tutmayıb. 20 sot ərazinin 8 sotu ona fərdi ev tikmək üçün qanuni satılıb, qalan sahəni isə Mingəçevirin məmurları öz aralarında bölüşdürüb”.

“Gəncəyə də getmişəm, Niyazi Bayramovun qəbulunda olmuşam. O da mənim yanımda Şəhriyar Mustafayevə zəng vurub, deyib ki, bunun torpağını özünə qaytarın. Baxdım ki, mənimlə oyun oynayırlar, daha ora da getmirəm. Bircə Prezidentin qəbulunda olmamışam, başqa bütün məmurların qəbulunda olmuşam. İstəyirəm ki, Prezident bu işi nəzarətə götürsün, bilsin ki, bölgələrdə məmurlar onun adından istifadə edib vətəndaşların əmlaklarını fırıldaqçılıqla ələ keçirirlər”,-deyə Əhmədov əlavə edib.

Rəsmi qurum: “Özünə də, oğluna da torpaq ayrılıb”

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Fəxrəddin Əhmədov sözügedən torpaq sahəsini 2014-cü ilin 30 mayında Mingəçevir Şəhər 2 nömrəli Notariat Kontorunda vətəndaş Elşad Həsənova alqı-satqı müqaviləsi əsasında 5400 manata satıb. Elə həmin ilin iyulunda Mingəçevir Bələdiyyəsi ona fərdi ev tikintisi üçün şəhərdəki 17 saylı məktəbin qarşısındakı ərazidən oğluna 4, özünə də ayrıca 4 sot torpaq sahəsi ayırıb.

Fəxrəddin Əhmədovsa deyir, Mingəçevir Şəhər İcra Hakimiyyəti qəbula getdiyim Bakıdakı qurumlara da eyni sözü yazıb cavab məktubu göndərir. Əslində isə torpaq sahələrini yerli bələdiyyəyə rüsum ödəməklə özü alıb:

“Üst qurumlara cavab yazırlar ki, guya mənə həmin torpağın əvəzi olaraq 8 sot torpaq verilib. Halbuki, mən bələdiyyədən özümün və oğlumun adına rüsum ödəyib qanuni şəkildə torpaq almışam. Bunun o məsələyə aidiyyəti yoxdur”.

Hüquqşünas Namizəd Səfərov deyir, əslində rəsmi qurumun “vətəndaşa başqa yerdə torpaq ayrılıb” deməsi suallar yaradır:

“Hansı səbəbdən vətəndaşa torpaq ayrılıb? Elə durduğu yerdə vətəndaşa dedilər ki, gəl 4 sot sənə, 4 sot oğluna torpaq verək? Ondan alınan torpağın əvəzi olaraq ayrılıbsa, bəs vətəndaşdan aldıqları torpaq kimdədir? Bir halda ki, o torpağın üzərində Prezidentin göstərişi olduğu deyilən sanatoriyanı tikməyiblər, torpaq sahəsi niyə sahibinə qaytarılmayıb, başqasına satılıb? Vətəndaş bütün bunları məhkəmədə mübahisələndirə bilər”.
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR
05 Noyabr 2024 Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...
05 Noyabr 2024 Sahil Babayevin "kontor"unda qumar oynanılır?! - 300-100 manat arasında...
05 Noyabr 2024 Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı - AzTV-də nə baş verir?
04 Noyabr 2024 Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI... HƏLƏ DƏ DAVAM EDİR...
04 Noyabr 2024 Bərdədə nə baş verir? AQTA susur vətəndaş dad eləyir.. VİDEO
04 Noyabr 2024 Taksi sürücüsünü döyən AA seriyalı avtomobilin sahibi görün kimdir — VİDEO
04 Noyabr 2024 Yağın bahalaşması AQTA, DGK ilə yanaşı Səhiyyə Nazirliyinində rolu var - İDDİA
03 Noyabr 2024 Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır
02 Noyabr 2024 GRANDMART-ın sifarişi ilə TƏHLÜKƏ... - Bunun başqa ADI YOXDUR...
02 Noyabr 2024 8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?
02 Noyabr 2024 Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? - SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ...
02 Noyabr 2024 Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
01 Noyabr 2024 Qaralovun "Akkord" şirkətinin dövlətin milyonlarını mənimsədiyi bildirilir
01 Noyabr 2024 “Azərbaycan Dəmir Yolları”nda MƏXMƏRİ YEYİNTİ...
01 Noyabr 2024 Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
01 Noyabr 2024 Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
01 Noyabr 2024 "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
01 Noyabr 2024 İlqar Məhərrəmovun dostluq etdiyi “Dostluq H-EL” MMC-nin arxasında kimlər durur
01 Noyabr 2024 Qazax kollecində bitməyən korrupsiya, qanunsuzluq, dələduzluq hallarına nə vaxt son veriləcək?

Dünyapress TV

Xəbər lenti