Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - Rəsmi AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya “Toyota Carolla” markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

Məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaratdıq. Xanım müşavir Bizim.Media-ya açıqlamasında ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:

“Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. “Azərbaycan Dəmir Yolları”nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm”, - deyə Aysel Soltanova qeyd edib.

Məsələ ilə bağlı ADY-nin rəsmi cavabını almaq üçün quruma müraciət etsək də, hər hansı cavab ala bilmədik.
 

Bölmənin digər xəbərləri

30 İyun 2024 "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...
29 İyun 2024 Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO
29 İyun 2024 “Medistyle Hospitl”da özbaşınalıq: vergidən yayınmaq üçün pasientlərə çek verilmir, onlarla müqavilə bağlanılmır… - ŞOK DETALLAR
28 İyun 2024 Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...
28 İyun 2024 “Azərpoçt”da töhmət almış Rövşən Rüstəmov ADY-ni düzəldəcək? – Araşdırma
28 İyun 2024 Biləsuvarda Prezidentin tövsiyyələrindən hələ də bir nəticə çıxara bilməyiblər
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?..
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?.. - İDDİA
27 İyun 2024 Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB... - HƏQİQƏTƏN DƏ...
27 İyun 2024  Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - ŞOK FAKTLAR
27 İyun 2024 Nizami rayonunda TAM YİYƏSİZLİKDİR... - BU NƏDİ BELƏ?!
27 İyun 2024 İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?
27 İyun 2024 Xətai Tib Mərkəzində nə baş verib? – 30 ilin müəlliməsi həkimdən şikayətçidir
27 İyun 2024 Kriminalı “yemləyən” məmur-sahibkarlar Rüstəm Şahbazov və “klinker canavarı” Cavidanla bağlı şok faktlar....
27 İyun 2024 Maliyyə Nazirliyində kadr müəmması - İLGİNC FAKTLAR
27 İyun 2024 "Respublikanski"də həkimlərin hüquqları pozulur: Həmkarlar İttifaqının sədri vəzifəsini direktor əvəz edir
26 İyun 2024 Burda hər an HƏKİM ÜSYANI ÇIXA BİLƏR... - NƏ BAŞ VERİR?
26 İyun 2024 GemZA-nın rəhbərinə cinayət işi açılıb – Avropa bankını aldadıb?
26 İyun 2024 Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ... - Mətləb Hüseynov NƏZARƏTSİZ QALIB?
26 İyun 2024 “Bank of Baku” necə tələyə salır?.. - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti