Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
“BTB Bank”da müştərilərin depozit otağındakı saxlanc yeşikləri – seyflərdən 800 min manatlıq oğlurluqda ittiham olunan iki nəfər Belarus vətəndaşı, 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviçin Bakıda məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, onlar bankdan pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər.

Banklarda müştərilər əmanət saxlamaqla yanaşı, icarə əsasında saxlanc yeşiyi götürüb, orada qızıl-zinət əşyalarını, sənədlərini və s. saxlaya bilirlər. Təqsirləndirilən şəxslər də oradakı qiymətli əşyaları oğurlamaqda ittiham olunur.

Gununsesi.info-nun xəbərinə görə, təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankda seyf icarəyə götürüb.

O, bildirib ki, bu oğurluğu sifarişlə icra edib.

Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey Qrinkeviçin sözlərinə görə, ona bu oğurluğu German adlı şəxs sifariş verib.

Bakıya öz hesabına gəlsə də, sonrakı xərclərini də o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harada yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib: “Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim, təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə, rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək tapşırılmışdı”.

Sergey Qrinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Bu cinayət işində 5 nəfər zərərçəkmiş var: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli. Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Onlar şikayətçi olmayıb.

Zərərçəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl-zinət əşyası olub. Həmin əşyalar özünə və övladlarına məxsus olub.

Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Saytımızın araşdırması zamanı məlum olub ki, Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır.

O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib. Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub.

Onlar keçmiş Müdafiə Sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub.

Qeyd edək ki, “Bank BTB”nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.
 

Bölmənin digər xəbərləri

24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu

Dünyapress TV

Xəbər lenti