Vaşinqtonun Ankara ilə davamlı dialoqunu davam etdirməsinə ehtiyac var
ABŞ dövlət katibi Entoni Blinkenin Ankarada türkiyəli həmkarı Hakan Fidanla Yaxın Şərqlə yanaşı Cənubi Qafqazı da müzakirə etməsi Vaşinqtonun bölgəmizlə bağlı Türkiyənin mövqeyi və rəyi ilə hesablaşdığını göstərir. Əlbəttə, Vaşinqton Bakı və İrəvanla birbaşa danışıqlar apararaq vasitəçilərdən biri olmaq rolunu davam etdirməyə çalışır. Ancaq Vaşinqtonun Türkiyə vasitəsilə də Cənubi Qafqazdakı durumu müzakirəsinin əhəmiyyəti var. Birincisi, bununla Vaşinqton Türkiyənin Cənubi Qfaqazda artan rolunu qəbul edib. İkincisi, Vaşinqton Azərbaycanla yanaşı Türkiyənin də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir və Ankara ilə İrəvan arasında danışıqların detallarından xəbərdar olmaq istəyir. Üçüncüsü, Vaşinqton Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh sazişindən sonra bölgədən keçəcək kommunikasiya xətlərinin Rusiya və İranın nəzarətində olmasını istəmir. Çünki bu kommunikasiya xətləri uzaq Şərqi Cənubi Qafqaz üzərindən ABŞ-ın müttəfiqləri – Avropa ölkələri ilə birləşdirməlidir. Bütün bu mövzularla bağlı Vaşinqtonun Ankara ilə davamlı dialoqunu davam etdirməsinə ehtiyac var.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti