Ya təksən, ya sıfırsan...
Alqoritm nədir?
Xarəzminin cəbri və hesab düstürü indi hər kəsin dilində əzbərdir.
Ağlımızda olan ölçüb biçmənin həyata tətbiqi alğoritlə ortaya çıxar.
Kodlaşdırma deyilən əslində proqramlaşdırma budur.
X la başlayan hər şeyi 1 və 2 edib nəticələr almağa çalışarıq bu da bizə təxmin edilən nəticənin nəzarətini verər.
Vərdişlərimiz, Dilin içindəki tanımalarımız, Dinin içindəki ibadətlər, həyatın içində olan adətlər butün bunlar alqoritlərdir. Biri biri ilə bağlanar və bizi bağladığı şeyin təkrarına döndərər.
Alqoritm təkrarların ardıcıl düzülmüş tamamlanmış nəticələridir. Burda fərqlilik yarada bilməzsən, verilənin ya toplamını, ya da çıxılmasını bərabərləşdirəcəksən. Eyniləşdirəcəksən.
Eyni deyil, ayrı da deyil formulası bu alğoritmdə işləmir.
Eynisən, ayrı da deyilsən.
Ya təksən, ya sıfırsan.
Digital dünya indi bizimlə bu oyunu oynayır.
Güc sıfırdır, X -dır, nəzarət 1 - dir.
Həyatımız böyük mənada təkrarlardan ibarətdir. İndi həyatımıza daha bir təkrar gəldi.Bizə aid olan təkrarlara nəzarət təkrarı müdaxilə edir.
Güc əsas deyildir, hər kəs gücə sahib ola bilər, nəzarət əsasdır ki, O, nəticənin pozulmamasını qoruyur.
Yeni insan kimliyinin əsasını "nəzarətə nəzarət" inşa edəcək. Bu formulanı icad edən bizim içimizdə olan və həyatın dilini bilən təxəyyüldür.
Gülüb keçdiyimiz " nəzarətə nəzarət" artıq yeni dönəmin idarəetməsinin formulası olacaq.
Bu nəzarətin kimin nəzarətində olması isə hərbin məsələsidir ki,
Hələ də davam edir.
Sülhlər nəzarətlərin algoritlərini əldə edənlərin vasitəsi ilə bağlanacaq.
Bir sabahı yeni alqoritmlə başlamağa gücüm çatacaqmı,
Bilmirəm.

İdris Heydərli - DİA.AZ


Dünyapress TV

Xəbər lenti