“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev
Optik kabelləşdirmə adı altında milyonlarla manat dövlət vəsaiti necə mənimsənilir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialının müdiri Nazim Əliyev şimal zonasındakı dövlət əmlakına qənim kəsilib. at oynatmaqdadır. Bununla bağlı cumhuriyyet.net-i məlumatlandıran mənbənin sözlərinə görə, Nazim Əliyev şimal-şərq zonasında optik kabelləşdirmə adı altında min tonlarla mis kabelləri mənimsəməkdə, bundan milyonlarla manat məbləğində qanunsuz gəlir əldə etməkdədir. Təsadüfi deyil ki, Nazim əliyev sadə vətəndaşlar arasında filial müdirindən daha çox “misyığan” kimi tanınmaqda, “Mis nazim “ ləqəbi ilə populyarlaşmaqdadır. Hər ay vaxtiylə torpağa basdırılan yüz tonlarla mis kabeli çıxararaq bunları şəxsi əlaqələri vasitəsilə “əridən” və “cibinə axıdan” Nazim Əliyev, Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialını şəxsi təəsrrüfatı kimi idarə etməkdədir.

Nazim Əliyevin qanunsuz əməllərindən biri də ondan ibarətdir ki, filial müdiri bəzi hallarda mis kabelləri çıxarsa da, onun əvəzində həmin ərazidə optik kabelləşdirmə işi həyata keçirmir. Mənbənin cumhuriyyet.net-ə bildirdiyinə görə, lakin sənəd üzərində həmin ərazisinin kabelləşdirilməsi qeyd olunur ki, bu da Nazim Əliyevə optik kabelləşdirmə üçün nəzərdə tutulan vəsaiti də mənimsəməyə imkan verir. Başqa sözlə desək, Nazim Əliyev bir daşla iki quş vurur ki, bu da filial müdiri üçün ikiqat gəlir deməkdir.

Nazim Əliyev bütün bu qanunsuzluqları iki yaxın adamı – texniki müdir Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizovun iştirakı ilə həyata keçirir. Hər iki şəxs “Mis Nazim”in qanunsuz əməllərinin reallaşmasında yaxından iştirak etməkdə, bu qanunsuzluqlara qanuni don geyindirməkdədir.

Məlumat üçün qeyd edək ki, Nazim Əliyev uzun müddət sabiq MTN şefi Eldar Mahmudovun sevimli kadrlarından olan Beytullayevin rəhbərliyi altında işləyib. (Turantv)
 

Bölmənin digər xəbərləri

07 İyul 2024 “Firon” hakim və sədrin qanunsuz hərəkətlərinə nə vaxt son qoyulacaq?
07 İyul 2024 Bakıda musiqi məktəbində növbəti qalmaqal — Direktordan açıqlama
07 İyul 2024 Dənizin yolu üzümüzə bağlanıb - Foto - Video
06 İyul 2024 NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI
06 İyul 2024 Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır (FOTO)
06 İyul 2024 Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya "TƏLƏSİ" - Prezidentə müraciət olundu
06 İyul 2024 AAYDA-nın “köklü”ləri savaşır: Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
06 İyul 2024 Ağsu "MERO"sunda Hacı Mazan xofu
05 İyul 2024 "Dövlətə kələk gələrək yüz minləri MƏNİMSƏYİRLƏR..." - İTTİHAM VAR...
05 İyul 2024 BAKIDA DEKAN QANUNSUZ MALLAR GƏTİRDİYİ ORTAYA ÇIXDI…- Dekan Elnur Əliyev və Könül Cəfərova birgə ərizəsi alındı
05 İyul 2024  Rüstəm Şahbazov-Cavidan tandemindən sahibkarlara kriminalsayağı hədə... - “Bizdən qaça bilərsiniz, “yaxşı oğlanlar”dan yox!”
05 İyul 2024 Saxta diplomlu şəxs vergi sistemində necə yüksəlib?! - ŞOK İDDİA
05 İyul 2024 Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
04 İyul 2024 Bahalaşmadan sonra `bilet maxinasiyası`... - BU NƏDİ BELƏ?!
04 İyul 2024 Ucarda qanunlar AYAQ ALTINDA... - NARAZILIQ VAR...
04 İyul 2024 Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
03 İyul 2024  BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya... - müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…
03 İyul 2024 Şafiq Heydərovla bağlı Zaur Mikayılova şikayət - İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb
03 İyul 2024 Saleh Məmmədovun “sevimlisi” ATF MMC-də nə baş verir? – Əvəz Qocayevlə sədr niyə küsüb?-DE-FAKTO
02 İyul 2024 Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO

Dünyapress TV

Xəbər lenti