Paklıq, barış və bağışlanma: On bir ayın sultanı Ramazan başladı - FOTO/VİDEO
Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Oxu.Az xəbər verir ki, bu il hicri təqvimlə Ramazan ayının 1-i miladi təqvimlə 2024-cü il martın 11-nə təsadüf edir.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 28-də olacaq. İkinci qədr gecəsi martın 30-da (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 1-i və sonuncusu aprelin 5-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-də, aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710127509_2.jpg

 

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Batin alimi yazır: Həcc haqqında bilmədiyimiz sirlər
24 Avqust 2024 "Taliban"dan yeni qərar: "Quran oxuyan qadının səsi də qadağandır"
17 Avqust 2024 Din xadimi ifşa edilib - Əhaliyə xaricə qaçın çağırış edirmiş
06 Avqust 2024 Ermənilər Roma papasına qarşı - BÖYÜK YALAN ORTAYA ÇIXDI
22 İyul 2024 2020 YILI MART AYINDA SUUDİ MÜFTÜSÜ: “TÜRKLER MEVALİDİR, İSLAMI TEMSİL EDEMEZLER" DİYE FETVA VERDİ..!!
19 İyul 2024 ABŞ-nin İsraildəki konsulluğu yanında partlayış: Ölən və yaralılar var
27 İyun 2024 Paşinyanın aparatı: “II Qaregin buna görə cavab verməlidir” - KİV
27 İyun 2024 Ziyarət zamanı ölməmək üçün nə etməli? – Həcdə olmuş həkimdən məsləhət
26 İyun 2024 Şoyqu və Gerasimov barəsində həbs qərarı verildi - ICC məlumat yaydı
16 İyun 2024 "Təzə Pir" məscidində bayram namazı qılındı - YENİLƏNİB
16 İyun 2024 İsa peyğəmbərin gizli qalan TƏSVİRİ
29 May 2024 Papanın gizli iclasda dedikləri mediaya sızdı – Vatikan üzr bəyanatı yaydı
20 May 2024 Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
16 May 2024 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məhkəməyə verildi - Şikayətçi görün kimdir
07 May 2024 Azərbaycanda Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ
04 May 2024 Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib
30 Aprel 2024 Patriarxın repressiyaları və kilsə müqaviməti
29 Aprel 2024 Qadınlara hicabı məsləhət görən nüfuzlu din xadiminin nəvələrinin lüks həyatları – FOTOLAR
17 Aprel 2024 Nəzir qutuları ilə bağlı müəmma: Dini Komitə hələ də onlara nəzarət etmir
17 Aprel 2024 Azərbaycan üçün Həcc kvotasının endirilməsi ilə bağlı sensasion səbəblər üzə çıxıb

Dünyapress TV

Xəbər lenti