“Deyirdim ki, Oqtay heç məni tərifləmir”

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra onun sağlığında qalmaqal yaşadığı insanlarla danışdığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi "Pərvizə görə” layihəsində danışıb.

Aktrisa deyib ki, mərhumun sağlığında münasibətlərinin korlandığı məşhurlardan onunla əlaqə saxlayanlar olub:

"Həmişə deyirdim ki, Oqtay heç vaxt tərifləmir. Məni belə nə qədər tənqid edir. Tərifləsə də, mənə demirdi. Məsələn, kimsə deyirdi ki, ay Dilarə, Oqtay sənin monoloqunu göndərmişdi. Deyirəm, mənə deməyib. Əslində xoşuna gəlirdi, amma məni həmişə danlayırdı. Deyirdi, tez-tez danışrsan, başa düşülmədi və sairə. Həmişə tənqid edirdi. Deyirdim ki, bu qədər tənqid edirsən, bir dəfə xoş söz de. Məsələn, geyinib gəlirdin ki, ay Oqtay, paltarım necədi? Baxıb deyirdi ki, dırnağının rəngi nədir elə? Elə onumu gördün? Oqtayın sevməyi də, sevinməyi də danlaya-danlaya idi. Təsəvvür etmirəm ki, Oqtay baxıb desin ki, çox gözəlsən, ya da çox yaxşıdır. O, özü-özünə inanmazdı ki, bu, mən deyiləm. Biz də onu o cür qəbul etmişdik. Amma dediyiniz məqamlar oldu ki, kiməsə Oqtay sağlığında iradlar bildirmişdi, münasibətləri korlanmışdı… Belə məqamlar oldu. Lakin mən xoşlamıram, gəlib desin ki, filan şey oldu. O özünün içindən gəlirsə, rahatlığı üçün lazımdırsa, desin. Əgər deyilsə, ehtiyac yoxdu. İnsan əsas öz içi ilə barışmalıdır. Bizə görə də deyə bilər, nəyəsə xatir də deyə bilər, səmimi olmaya da bilər, halallıq üçün də olar”.

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 Məleykə Əsədova tanınmaz halda - Xalq artistinə nə oldu? - FOTOlar
05 Oktyabr 2024 "Günə 200 demirəm, 100 dollar vurdursam, trenddən düşmərəm..." - Ülviyyə Namazova
05 Oktyabr 2024 "Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - VİDEO
04 Oktyabr 2024 Sevda Yahyayevanın əri polisə müraciət etdi – VİDEO
03 Oktyabr 2024 "Şəbnəmi çox şişirtdik" - Tolik hədələndi
02 Oktyabr 2024 Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
01 Oktyabr 2024 "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
01 Oktyabr 2024 Aysel boşandığı birinci əri ilə bir arada - VİDEO
29 Sentyabr 2024 Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO
29 Sentyabr 2024 Elza Seyidcahan öz "repertuarında" - Bığlı Elzadan "Bığ" ŞEİRİ VİDEO
28 Sentyabr 2024 Azərbaycanlı məşhur avtobusda GEYİMİNƏ GÖRƏ ona söz atan şəxsi DÖYÜB - VİDEO
27 Sentyabr 2024 Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? + VİDEO
27 Sentyabr 2024 Məşhur müğənninin oğlu toyuna atasını çağırmadı
26 Sentyabr 2024 Mətanətin canlı yayımda ayaqqabısı cırıldı - VİDEO
26 Sentyabr 2024 Tanınmış cütlük boşanır
25 Sentyabr 2024 Qumarda itirdiklərini açıqladı - 10-15 ev...
23 Sentyabr 2024 Şəbnəmdən Vəfanın instagramı ilə bağlı AÇIQLAMA
23 Sentyabr 2024 "Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında görün nələr dedi
22 Sentyabr 2024 Həmkarına "od püskürdü": "Sən əlində şərab..." - VİDEO
21 Sentyabr 2024 İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı

Dünyapress TV

Xəbər lenti