“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb

“Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini davam etdirərək "Karlara Dəstək" İctimai Birliyi ilə birgə Beynəlxalq Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirib. Tədbirdə “Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib.
Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən görüşdə məktəblilərin sualları cavablandırılıb.
Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci yerə layiq görüb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_dsc01839.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_dsc01874.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_dsc01889.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_esas-sekil-800x600-1.jpg

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 Azərbaycanda işə düzəlmək üsulu: qohumluq, “tapış”, rüşvət
04 Oktyabr 2024 Dünyanın ən vətənpərvər ölkələri – Azərbaycanın siyahıdakı yeri
04 Oktyabr 2024 “Evlənsə, kimisə bədbəxt edəcək, çünki o nevrozdur” - Qalmaqallı açıqlama
04 Oktyabr 2024 40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
03 Oktyabr 2024 Xəstəlik vərəqəsi ilə əlaqədar işçilərə edilən təzyiqlərə görə - idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar.
02 Oktyabr 2024 Düzəlməyən "BakıKart" - Mobil tətbiqdə niyə aylardır problemlər yaşanır?
01 Oktyabr 2024 Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat…
01 Oktyabr 2024 Maaş və pensiya artımı gözləntisi: “Söhbət elə bir məbləğdən gedir ki...”
30 Sentyabr 2024 Əmək münasibətlərində ən mühüm və vacib olan sahələrdən biri - "əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına" əməl edilməsidir.
30 Sentyabr 2024 3 ay sonra maaş və pensiyalar artacaq - YENİ MƏBLƏĞ
29 Sentyabr 2024 “Azəriqaz”dan şikayət: İş yükü çox, ezamiyyət pulu kəsilir…
29 Sentyabr 2024 Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
28 Sentyabr 2024 PENSİYASINI KƏSDİLƏR, DEDİLƏR Kİ, SƏN 31 İL ƏVVƏL ÖLMÜSƏN... – Azərbaycanda şok olay
28 Sentyabr 2024 “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sentyabr 2024 345 manat maaş, 280 manat pensiya ilə yaşamaq… – Deputat
27 Sentyabr 2024 Reklamlarda sizi aldadanları nə gözləyir?
26 Sentyabr 2024 Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşıb
25 Sentyabr 2024 Nə qədər vətəndaşın maaş və pensiyası artacaq? - RƏSMİ
25 Sentyabr 2024 Uşaqları necə düzgün cəzalandırmaq olar? - Valideynlərə deyilən 3 əsas “olmaz”
24 Sentyabr 2024 Bağçalarda döyülən UŞAQLAR: - Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?

Dünyapress TV

Xəbər lenti