"Müqavilə və kollektiv birliklər dövlət marağından üstün deyil"
Məlum olduğu kimi Ermənistan Baş naziri Nikol Paşinyan Belarusla körpüləri yandırmaq qərarına gəlib. Baş nazir Belarus prezidenti Aleksandr Lukaşenkoya Azərbaycanda səfərdə olarkən İrəvan əleyhinə söylədiyi tənqidi fikirlərə görə qəzəblənib. Bildirib ki, nə qədər Lukaşenko prezidentdir, heç bir erməni rəsmisi Belarusa getməyəcək. Həmçinin vurğulayıb ki, Lukaşenko üzr istəməsə, Belarus KTMT-dən çıxmasa, münasibətlər düzəlməyəcək. Hətta Belarusdan Ermənistan səfiri də geri çağırılıb. Belarus Xarici İşlər Nazirliyi də Paşinyanın ittihamlarına cavab verib. Rəsmi Minsk qeyd edib ki, xarici oyunçular Ermənistan rəhbərliyini sövq etsə də, onlar İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyillər: “Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, heç də uzaqgörən mövqe deyil”. Belarus XİN İrəvandakı səfirinin tezliklə Minskə çağırılacağını anons edib. Xatırladaq ki, Ermənistan da Belarusdakı səfirini məsləhətləşmələr üçün Minskdən geri çağırıb.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, nə qədər qəribə səslənsə də, Paşinyan, əslində, bu mövqeyində haqlıdır. Analitikin sözlərinə görə, Ermənistan və Belarus KTMT çərçivəsində hərbi əməkdaşlıq münasibətindədirlər və Lukaşenkonun Bakıda verdiyi bəyanatlar bu əməkdaşlığa uyğun gəlmirdi:

"Amma Paşinyan unudur ki, müqavilə və kollektiv birliklər dövlət marağından üstün deyil. Əgər Lukaşenko Azərbaycandan iqtisadi və həm də siyasi fayda əldə etməsəydi, heç vaxt bildiyimiz bəyanatları verməzdi. Şübhəsiz, o, Rusiya-Ukrayna müharibəsi fonunda Belarusa artan iqtisadi təzyiqlərin nəticələrinin bir qismini Azərbaycanla əlaqələri yaxşılaşdırmaqla yumşaltmaq istəyir. Sanksiyalara məruz qalan Rusiya da oxşar addımları atmaq məcburiyyətindədir. Bu məsələdə Ermənistanın potensialı demək olar ki, sıfırdır. Əlbəttə, dövlət rəhbərlərinin yaxşı şəxsi münasibətlərinin olmasının da müəyyən əhəmiyyəti var. Amma əsas maraqlardır".
Ekspert vurğulayıb ki, mövcud siyasi vəziyyət indiki kimi olmasaydı, Lukaşenko Paşinyanın xətrinə dəyən bəyanatlar verməzdi: "Paşinyanın açıqlamasında həmçinin ənənəvi erməni hiyləgərliyi elementləri də var. Belə ki, erməni baş naziri kollektiv qərbin nəzərinə Azərbaycanın dünyada Rusiyanın dostu kimi dışlanan Belarusun yanında olmasını altından xətt çəkməklə bir daha çatdırmağa çalışır".

Dia-az.İnfo
 

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 BMT-də Ermənistanın sürətli silahlanması diqqətə çatdırıldı
28 Sentyabr 2024 İranla Türkiyəni üz-üzə qoyacaq razılaşma: Pezeşkian ilk həmləsini etdi
28 Sentyabr 2024 Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu
27 Sentyabr 2024 Dövlət Departamentinin Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı BƏYANATI
27 Sentyabr 2024 Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
27 Sentyabr 2024 ABŞ Putinin yeni nüvə təhdidlərinə cavab verdi
26 Sentyabr 2024 Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26 Sentyabr 2024 ABŞ Gürcüstanın baş nazirini niyə qəbul etmədi? - Səfirlik açıqladı
26 Sentyabr 2024 Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsinin qəbuluna çalışır
25 Sentyabr 2024 Prezidentin Azərbaycan üçün "YOL XƏRİTƏSİ" - İLGİNC DETALLAR
25 Sentyabr 2024 Ərdoğan Paşinyanla görüşdü
25 Sentyabr 2024 Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa ÇAĞIRDI
24 Sentyabr 2024  Prezident sülh istəməyən Ermənistana birmənalı mesajlar verdi - GƏLİŞMƏ
24 Sentyabr 2024 Prezident bütün suallara CAVAB VERDİ... - AKTUAL
24 Sentyabr 2024 Suriya prezidenti yeni hökuməti TƏSDİQLƏYİB
23 Sentyabr 2024 Ərdoğan Albaniyanın baş naziri ilə Qəzzanı müzakirə etdi
23 Sentyabr 2024 “3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? - İNCƏLƏMƏ
23 Sentyabr 2024 Donald Tramp Kamala Harrislə yeni debatlardan imtina etdi...
23 Sentyabr 2024 Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
22 Sentyabr 2024 KİV: Bakı və İrəvan “böyük sülh”ün astanasında

Dünyapress TV

Xəbər lenti