Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz
Maliyyə Nazirliyinin rəhbərliyi manatın dəyərdən düşməsi ilə bağlı ehtimaldan danışıb. Cəmiyyəti narahatlığa səbəb olmamasına inandırmağa çalışıblar. Guya devalvasiya üçün heç bir zəmin yoxdur, həyəcan keçirməyə dəyməz. Amma mütəxəssislər belə düşünmür. Onlar hesab edir ki, neftin qiymətinin sabit olmaması, tez-tez büdcə layihəsində nəzərdə tutulandan daha aşağı səviyyədə gözə dəyməsi vəziyyəti dəyişə bilər.
Bizimyol.info xəbər verir ki, indi Azərbaycan neftinin bareli 72-73 dollara satılır. Büdcə layihəsində qiymətin 75 olacağı proqnozlaşdırılıb. Göründüyü kimi, hadisələrin gedişi gözləniləndən də fərqli istiqamət alır. Yəni iqtisadiyyatın əsas dayağı sayılan neft etimadı doğrultmur. Təkcə qiymət baxımından yox, həm də hasilat müstəvisində. İlin sonuna qədər ümumi hasilatın həcminin 29 milyon tona çatmayacağı ehtimal edilir. Halbuki 50 milyon tondan çox məhsul hasil etdiyimiz vaxtlar olub. Neftə bel bağlaya bilməyəcəyimiz mərhələyə qədəm qoyuruq.

Bəs təbii qaz? Ümidlərimiz böyük idi. Hətta indi də böyük olduğunu deyə bilərik. Hesab edirik ki, neft qurtarsa da, dünya dağılmır. Təbii qazla iqtisadiyyatı ayaqda saxlaya biləcəyik. Rəqəmlər isə bədbin danışır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 15,8 milyard kubmetr təbii qaz ixrac edib. Bundan 5 milyard 455 milyon dollar gəlir götürülüb. Keçən ilin eyni dövrü ilə müqayisə edəndə məyus olmamaq mümkün deyil. Bu müddətdə 1,6 milyard kubmetr az təbii qaz satmışıq. Yəni 9 faiz azalmadan danışmaq lazımdır. Pul ifadəsində isə, necə deyələr, “evimiz yıxılıb”. Təbii qaz ixracından gəlir 48 faizə qədər azalıb.

Nəzərə alaq ki, qaz ixracı ümumi ixrac həcminin 30 faizini təşkil edir. Yəni iqtisadiyyatın söykəndiyi vacib sahədir. Belə çıxır ki, möhkəm söykənmək olmaz, yıxıla bilərik.

İndi gələcəyi düşünməmək olmur. Neftə ümid çox azalıb. Gurultulu ifadələr işlətmək olmur. Güvəndiyimiz dağlar təbii qaz sahəsidir. Belə geriləmə yalnız bədbin düşüncələrə əsas verir.
 

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 AMB-nin vitse-prezidenti: “İnflyasiya üzərində qələbəni elan etmək hələ tezdir”
05 Oktyabr 2024 Azərbaycanda bu cərimələr 10 dəfədən çox artırılır
03 Oktyabr 2024 İcra başçısı Elşad Həsənova tabe olan təşkilatın dövlətə külli miqdarda borcu üzə çıxdı - Yenidən
03 Oktyabr 2024 Nazirlik tender keçirmədən 9 ədəd xalça alır – Biri 22 min manatdan
03 Oktyabr 2024 Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
02 Oktyabr 2024 ATU ilə deputata məxsus şirkət arasında 177 min manatlıq sövdələşmə
02 Oktyabr 2024 Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb
01 Oktyabr 2024 “Veysəloğlu”dan kütləvi ixtisarlar? Gəlirlərin azaldığı deyilir
30 Sentyabr 2024 Avropa İttifaqına Rusiyadan dəmir və polad ixracı artıb
30 Sentyabr 2024 İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq
30 Sentyabr 2024 İş adamının sərvəti bir gündə 17 milyard dollar ARTDI
28 Sentyabr 2024 Azərbaycanda devalvasiya olacaq? - Nazir iddialara cavab verdi
28 Sentyabr 2024 General Cəbrayıl Xanlarovun 4.2 milyonluq tenderi ləğv edildi
27 Sentyabr 2024 “Tost” maliyyə pramidası “partladı” – Pulları götürüb aradan çıxdılar
27 Sentyabr 2024 Dövlət bankları ilə bağlı yeni qərar - Bu tələb sərtləşdirildi
27 Sentyabr 2024 “İtaldizayn” bu dəfə gömrük qaydalarını pozdu - CƏRİMƏ
27 Sentyabr 2024 AİİBNX Sahil Babayevin “sirri”ni açdı
26 Sentyabr 2024 Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – MƏHKƏMƏ ARAŞDIRIR
26 Sentyabr 2024 Aİ Ukraynaya 35 milyard avro kreditin verilməsi imkanını nəzərdən keçirəcək
26 Sentyabr 2024 ELMAN RÜSTƏMOV MALİYYƏ PROBLEMİ YAŞAYIR? - “Səba” yaratdığı şirkətlərdəki paylarını satır

Dünyapress TV

Xəbər lenti