Fransa bayrağı Kilian Mbappenin xüsusi maskasına mane olub
2024-cü il Avropa çempionatında Fransanın Avstriya ilə oyununda burnu qırılan Kilian Mbappe məşqlərə başlayıb.

İndex.az xəbər verir ki, Polşa ilə oyuna hazır olması planlaşdırılan hücumçunun bu axşam Hollandiya ilə qarşılaşma ehtimalı da xeyli artıb.

Lakin “İndependent” qəzzeti yazıb ki, 25 yaşlı futbolçunun matçda Fransanın dövlət bayrağının əks olunduğu üçrəngli maskadan istifadə etməsi mümkün olmayacaq.

UEFA qaydaları, xüsusi istisna əldə edilmədiyi halda, matçlarda oyunçular üçün yalnız bir rəngli maskalara icazə verir. UEFA reqlamentinin bir hissəsində deyilir: “Oyun meydanında geyilən tibbi avadanlıqlar tək rəngdə olmalıdır və komanda və ya istehsalçının şəxsiyyətini əks etdirməməlidir”.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Mbappeyə taxmaq üçün bir sıra başqa maskalar hədiyyə edilib, onlardan bəziləri sadə və UEFA qaydalarına uyğun idi. “RMC Sport”, məsələnin Hollandiya ilə oyundan əvvəl Fransanın UEFA ilə keçirəcəyi texniki iclasda müzakirə ediləcəyini açıqlayıb.
 
 
 

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 Qərbi Azərbaycan Xronikası: "Atam danışırdı ki, evimizi tərk edəndə, qapıdakı itimiz ağladı"
27 Sentyabr 2024 “Təsəvvür edin, 2 saat 30 dəqiqə tıxacda olmuşuq”- Qurban Qurbanov
27 Sentyabr 2024 "Qarabağ" “Tottenhem”ə uduzdu: 3:0
26 Sentyabr 2024 1 ildir zədəli olan Neymarın SON DURUMU
26 Sentyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə qarşı
26 Sentyabr 2024 “Fənərbaxça”dan sərt qərar - Milliyə oyunçu göndərməyəcək
25 Sentyabr 2024 İran və Fransa danışılmış oyun keçiriblər - İDDİA
24 Sentyabr 2024 18 yaşlı futbolçu bədbəxt hadisə nəticəsində vəfat edib
23 Sentyabr 2024 Sinqapur qran-prisinin qalibi müəyyənləşdi
22 Sentyabr 2024 Anri "Qarabağ"ın hansı ölkəni təmsil etdiyini bilməyən Karragerə dərs keçdi
22 Sentyabr 2024 Joze Mourinyo oyundan sonra elə bir hərəkət etdi ki…
22 Sentyabr 2024 "Real Madrid" rəqibini qol vurmağa peşman etdi
22 Sentyabr 2024 "Qalatasaray" İstanbul derbisində qalib gəldi - VİDEO
22 Sentyabr 2024 Ronaldu yenə fərqləndi, Pioli debütdə qələbə qazandı
21 Sentyabr 2024 "Liverpul" klubunun futbolçusu özünə komanda alır
21 Sentyabr 2024 Sterlinq İngiltərə futbolunun tarixinə düşdü
20 Sentyabr 2024 "Arsenal" klubunun sabiq futbolçusu 60 kiloqram narkotiklə tutuldu
19 Sentyabr 2024 Çempionlar Liqası bu kanallarda — AFİŞA
18 Sentyabr 2024 Əliabbas Rzazadənin əməliyyatdan sonra SON DURUMU
17 Sentyabr 2024 Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Dünyapress TV

Xəbər lenti