ABŞ rəsmisi: Putin “elementar sağlam düşüncəyə meydan oxuyur”
Bazar ertəsi Birləşmiş Ştatlar ötən həftə sonu İsveçrədə keçirilmiş sammiti “Ukraynada ədalətli sülh yolunda mühüm mərhələ” kimi alqışlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynada sülhün prinsipial çərçivələrini müzakirə etmək üçün İsveçrədə Ukrayna prezidenti Zelenskiyə və 90-dan çox ölkənin liderlərinə və nümayəndələrinə qoşulub.

“İştirakçılar Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədilər. Onlar qlobal ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi və müharibənin fəlakətli humanitar nəticələrinin aradan qaldırılması sahəsində mühüm əhəmiyyətli əməkdaşlığı müzakirə etdilər”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Lakin o əlavə edib ki, Moskvada Putinin başqa mesajı olub: danışıqlar başlamazdan əvvəl Ukraynanı Rusiyanın hazırda işğal etdiyi ərazilərdən daha çox suveren ərazidən imtina etməyə çağıran daha bir maksimalist bəyanat.

“Prezident Putin tələb edib ki, Ukrayna tərksilaha razı olsun, Rusiyanın gələcək təcavüzünə qarşı həssas olsun. Heç bir məsuliyyətli millət bunun sülh üçün ağlabatan əsas olduğunu söyləyə bilməz. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə meydan oxumaqdır. Bu, əxlaqın təməllərinə meydan oxumaqdır”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

“Aydındır ki, Rusiya hər hansı ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir ki, o, Ukraynanın mühüm infrastrukturunu bombalamağa, Qara dənizdəki gəmiləri təhdid etməyə və on minlərlə ukraynalı uşağı zorla köçürməyə davam edir”, – Miller əlavə edib.

ABŞ-a gəlincə, Miller deyib ki, bu həftə sonu sammit zamanı Ukraynanın etdiyi kimi sülh üçün birlikdə çalışacaqlar. “Biz həqiqətən ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü Ukrayna, onun tərəfdaşları və dünya birliyilə işləməyə davam edəcəyik”.

Turan-ın müxbirinin sammitin yekun kommünikesini imzalamayan Braziliya, Səudiyyə ərəbistanı və digərləri kimi bəzi iştirakçı ölkələr haqqında sualına cavabda Miller hər hansı tənqiddən çəkinərək deyib ki, “hər bir ölkə özü üçün danışmalıdır və hər bir ölkə özü qərar verməlidir”.

“Ancaq Ukraynanın əldə etdiyi dəstəyə baxsanız görərsiniz ki, bu sülh sammitində 90-dan çox ölkə iştirak edib. 80-dən çox ölkə və beynəlxalq təşkilat yekun kommünikeyə imza atıb. Hesab edirik ki, bu rəqəmlərin hər ikisi Ukraynaya və təkcə sülhə yox, ədalətli və davamlı sülhə çox əhəmiyyətli dəstəkdir ki, biz həmişə bunu açıq şəkildə bəyan etmişik”, – mətbuat katibi deyib.
 

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 Ukraynada azərbaycanlı nazir müavini təyin olunub
28 Sentyabr 2024 Kiyevdəki "SkyMall” ticarət mərkəzinin ələ keçirilməsi barədə məlumat yayıldı - Polis cavab verib (VİDEO)
28 Sentyabr 2024 Köçəryan: Deyirsiniz, İstanbulu “qan dənizinə” çevirəcəyimiz barədə mahnını oxuyaq?
28 Sentyabr 2024 Hindistan Rusiya qazından imtina edib - “Sanksiya altında olan məhsul almırıq”
27 Sentyabr 2024 Kreml divarlarının yanında atışma - Kadırov-Kərimov "razborka"-sı
26 Sentyabr 2024 Makron Paşinyandan daha çox erməni çıxdı: BMT kürsüsündən Azərbaycana qarşı söylədikləri...
26 Sentyabr 2024 İlon Mask İtaliyanın baş naziri ilə eşq yaşayır?
26 Sentyabr 2024 Baş nazirə içində güllə olan zərf göndərildi
26 Sentyabr 2024 FTB Silikon Vadisindən olan böyük bir vençur fondunun fəaliyyətini araşdırır
25 Sentyabr 2024 Gürcüstan baş nazirinin adı Baydenin qəbul siyahısından ÇIXARILDI
25 Sentyabr 2024 İsveçrə parlamenti Qolodomoru soyqırım kimi tanıdı
25 Sentyabr 2024 “Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan
24 Sentyabr 2024 Norveçlilər yaxşı yaşadıqları üçün özlərini günahkar hiss edirlər
24 Sentyabr 2024 Urmu gölü qurudu: - 5 milyon insanın həyatı təhlükə qarşısında
24 Sentyabr 2024 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq” – Nadir Alpaslan
23 Sentyabr 2024 Kanadada Azərbaycan gənclərinə dəstək: tanınmış alim və kanadalı siyasətçi İlə ilhamverici görüş - FOTO, VİDEO
23 Sentyabr 2024 Bombalar lazım deyil, Rusiyanın daha güclü silahları var
23 Sentyabr 2024 Mariana çökəkliyindən gələn qorxulu səslərin sirri 10 il sonra açıldı
23 Sentyabr 2024 İsraildə nazirlərə müsahibə vermək qadağan edildi
23 Sentyabr 2024 İranda üçgünlük matəm elan edildi

Dünyapress TV

Xəbər lenti