b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ff532d88b18b3a18b1b00db0b74ad2df.png
 

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.

Bu kiçik xəbər böyük həcmli və tarixi proseslərin, savaş və mübarizələrin bir növ özətidir. Qarabağa Xankəndi qayıtdığı kimi, Xankəndiyə də Qarabağ qayıdır. Bu möhtəşəm prosesin başında da yenə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır.

Xankəndidə "Qarabağ" hotelinin açılışı yadımıza həm də o möhtəşəm dialoqu salır. O video - dialoq yadınızdamı? Kim xatırlamırsa, Musavat.com-un təkrar paylaşımına baxsın.

 

 
 
 
 
 

 

Prezident Əliyev qayaların arasından bir istiqaməti göstərərək prezident Ərdoğana:

- İki qayanın arasındakı yer ki, var... Orası Xankəndi şəhəridir.

Ərdoğan:

- Hotel oradamı?

İlham Əliyev ürəkdən gülərək:

- Hayır, hayır ... (ikisi də gülür) Amma orada da olacaq...

Hər ikisi inşallah deyir və kadrlar bağlanır...

...Bu video o zamanlar çox yayıldı. Skeptiklər, vətənpərvərlər yorumladılar: "Prezident Ərdoğana da, xalqa da söz verdi, edəcək..."

Opponentlər və ölkədaxili "ermənilər" hay-küy saldılar. Xankəndinin heç zaman bizim olmayacağını, yanlış siyasət nəticəsində Xankəndinin Rusiyanın və ermənilərin nəzarətində qaldığını, Ərdoğanın da bundan narazı olaraq, bunu qəsdən üzə vurduğunu tirajladılar...

İlham Əliyevə inananlar haqlı çıxdılar. Hər zamankı kimi!

Prezident o zaman da bilirdi ki, enində-sonunda Xankəndini də Azərbaycana qaytaracaq.

Onun qardaşı Ərdoğan da buna "inşallah", dedikdən sonra...

Əliyev bütün dedikləri kimi, bunu da etdi.

Xankəndidə o hoteli açdı!

Türkiyə prezidenti Ərdoğan Almaniyaya, Türkiyə Millimizə dəstəyə getməsə idi, bu gün onu Xankəndidə gözəl sürpriz gözləyirdi.

Biz də bu yerdə "inşallah", deyək, Türkiyə adına AÇ-də mücadilə verən bütün Türklərin Milli komandasına uğurlar diləyək.

Biz də sabah orada, o meydanlarda olacağıq! Ruhumuz, qəlbimiz və dualarımızla!

İnşallah, əziz Tayyib bəy ən qısa zamanda Xankəndidə yenicə açılan "Qarabağ" hotelinə gələcək və orada gecələyəcək.

O yeni dialoqu indidən sevdim...

Xeyirli-uğurlu olsun.

Rauf Arifoğlu,
Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 Cəbrayıl gələcəkdə bölgənin sənaye mərkəzi olacaq
04 Oktyabr 2024 Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkarlanıb - FOTO
03 Oktyabr 2024 İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
03 Oktyabr 2024 Prezidentdən Natiq Qasımovla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
02 Oktyabr 2024 Qarabağda və Şərqi Zəngəzura nə qədər sakin qayıdıb? Rəsmi açıqlama
02 Oktyabr 2024 4 oktyabr - Cəbrayıl Şəhəri Günü
02 Oktyabr 2024 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
30 Sentyabr 2024 Qarabağ Universitetinin tələbəsi Nərgiz hər şeyi çəkdi və yaydı - Xankəndidən VİDEO
30 Sentyabr 2024 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşdü
29 Sentyabr 2024 Harrisin Xankəndi dərdi və xalam…
28 Sentyabr 2024 Vətən müharibəsinin ikinci günü - Düşmən ciddi itkilərə məruz qalır
27 Sentyabr 2024 Vətən müharibəsinin başlamasından 4 il ötür
26 Sentyabr 2024 Cəbrayıla ilk köç karvanı yola salındı
25 Sentyabr 2024 "BİZ DƏ ÖZ TARİXİ TORPAQLARIMIZA QAYIDACAĞIQ" - Qərbi Azərbaycandan olan vətəndaşlarımız buna inanırlar...
24 Sentyabr 2024 Qarabağla bağlı yeniliklər dünya mediasının diqqətində: Bizdən nə danışırlar?
22 Sentyabr 2024 Şuşada mikroavtobus aşıb: Xəsarət alanlar var
21 Sentyabr 2024 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024 Anti-terror əməliyyatının nəticəsində Azərbaycan suverenliyini bərpa etdi, separatizmi bitirdi, sərhədlərinə isə tam nəzarətə nail oldu.
20 Sentyabr 2024 Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
20 Sentyabr 2024 BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...

Dünyapress TV

Xəbər lenti