26 iyun paradının Xocalıda keçirilməsi təklifi
26 iyun tariximizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Müharibədə Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 106 yaşını qeyd edəcək.

Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə hərbi paradın keçirilməsi ilk deyil. Azərbaycan Silahlı Qüvvələri günündə hərbi parad harada keçiriləcək?

Mövzu ilə bağlı sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bayramlarda, xüsusilə ordu günündə parad kiçik olsa da, Şuşada keçirilir: “Azərbaycan prezidentinin Xankəndidə iştirak etdiyi vaxt orada parad keçirildi. Düşünürəm ki, belə bir paradın keçirilməsi mümkündür. Artıq bu birinci dəfə deyil. Xankəndidə bayraq ucaldılan zaman orada parad keçirilib. Burada nəsə mürəkkəb bir şey yoxdur. Düşünürəm ki, Xankəndi yerinə paradın Xocalıda keçirilməsi daha vacibdir. Xocalıda baş verən faciələr bizim tariximizdir. Artıq sakinlər Xocalıya köçürülüb. Ona görə də Xankəndi əvəzinə, Xocalıda keçirilsin”.

Bəs bu dəfə hərbi paradın Xocalıda keçirilməsi mümkündürmü?

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Xocalıda paradın keçirilməsi üçün lazım olan şərtlər yoxdur. Üstəlik hələ ki, Rusiya sülhməramlıları Xocalıdan çıxmaqda davam edirlər: “Əlbəttə, Xocalıda kiçikmiqyaslı parad keçirilsəydi, daha möhtəşəm olardı. Çünki Xocalı bizim ən yaralı, belimizi bükən, qatlayan yerimizdir. Ölkə prezidentinin qətiyyəti və şücaəti sayəsində artıq bükülən belimizi dikəldə bilmişik. Xocalı da görməlidir ki, onun necə möhtəşəm ordusu var və bu ordu Xocalı, Meşəli, Ağdaban qətliamının qisasını aldı, ermənilərin Qarabağda törətdikləri bütün vəhşiliklərə, soyqırımlara möhtəşəm cavablar verdi. Beləliklə, Xocalıda kiçik də olsa parad keçirsək, milli qürurumuz xeyli yüksəldər, qarşımzıdakı düşmən daha da kiçilər. Bu, həm də tarixə qızıl hərflərlə yazıla biləcək tədbir olardı”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, Xocalıda böyük parad keçirmək hələ ki mümkün deyil, bu baxımdan yalnız hərbi yürüş keçirilə bilər: “Biri var parad, biri də var yürüş. Hesab edirəm ki, parad böyük tədbirdir və bunun üçün dövlətin müvafiq qurumları tərəfindən hazırlıqlar olmalıdır. Üstəlik, bu tədbirdə prezidentin özü iştirak edir. Bu baxımdan əvvəldən hazırlıqlara başlanılmalıdır. Əlbəttə ki, istər Xocalı olsun, istər Xankəndi, Şuşa, istərsə də Bakı olsun, hamısı bizim üçün əzizdir. Amma hesab edirəm ki, Xocalıda böyük dövlət tədbiri olan hərbi paradın keçirilməsi indi mümkünsüzdür. Həmçinin mənə elə gəlir ki, bu il paradla bağlı böyük hazırlıqlar yoxdur, zamana da az qalır, ola bilsin ki, parad şəklində tədbir planlaşdırlımır. Amma Xocalıda, Xankəndində, Şuşada və digər yerlərdə yürüş şəklində tədbirlər keçirilə bilər”.

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 Vətən müharibəsinin ikinci günü - Düşmən ciddi itkilərə məruz qalır
27 Sentyabr 2024 Vətən müharibəsinin başlamasından 4 il ötür
26 Sentyabr 2024 Cəbrayıla ilk köç karvanı yola salındı
25 Sentyabr 2024 "BİZ DƏ ÖZ TARİXİ TORPAQLARIMIZA QAYIDACAĞIQ" - Qərbi Azərbaycandan olan vətəndaşlarımız buna inanırlar...
24 Sentyabr 2024 Qarabağla bağlı yeniliklər dünya mediasının diqqətində: Bizdən nə danışırlar?
22 Sentyabr 2024 Şuşada mikroavtobus aşıb: Xəsarət alanlar var
21 Sentyabr 2024 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024 Anti-terror əməliyyatının nəticəsində Azərbaycan suverenliyini bərpa etdi, separatizmi bitirdi, sərhədlərinə isə tam nəzarətə nail oldu.
20 Sentyabr 2024 Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
20 Sentyabr 2024 BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
19 Sentyabr 2024 Xankəndidə separatçılığı BELƏ MƏHV ETDİK - Bu günə qədər açılmayan SİRLƏR
19 Sentyabr 2024 Erməni separatizminə son qoyulan antiterror əməliyyatından bir il ötür
18 Sentyabr 2024 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır
18 Sentyabr 2024 Cəbrayılda tender: bir evin tikintisinə 159,6 min manat xərclənəcək
17 Sentyabr 2024 Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
17 Sentyabr 2024  Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
16 Sentyabr 2024 Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video
16 Sentyabr 2024 Şuşada 33 il sonra ilk zəng çalınıb
15 Sentyabr 2024  Zəngəzur dəhlizi həm də buna görə vacibdir... - Ermənistan KİV
14 Sentyabr 2024 Qarabağda torpaq bölgüsü necə aparılacaq?

Dünyapress TV

Xəbər lenti