Bu gün dünyanın dərdi budur...
"Biz" "mən"i necə tanıyır?
Bu gün dünyanın dərdi budur.
Bizi ideologiya olaraq tanıyan dünya yoxdur artıq,
Nə o siyasətçi var, nə o rəssam, nə o şair var,
Biz deyə bilən dünyada məkan dolub, zaman isə dolmur.
Olmayan "mən"lər profillərdədir, görüntüdədir, efirdədir, burdadır., "fotoşop" mənliklər hər yerdədir.
"Fotoşop"la həyatdakı görüntüsünü bağlamağa çalışan bir sürü "heyvanlaşmış bədən" fəaliyyətdədir,
Bu bədənlərin həzzi ortadadır, ləzzəti ortadadır, zövqü ortadadır.
"Mən" məsələsi isə dərddir,
Hamı mən adı ilə ortadadır,
Bu "mən" isə nə edirsə "əcəb edir" deyir.
Belə bir dünyanı heç yaşamamışıq,
Tam bir yenidir.
Nə edə bilərik?
Fərqlər ortadan çıxdı, yeni olanın yeni fərqi varmıdır?
Məsələ də budur.
Yeni fərq yeni düzənin fəlsəfəsi kimi doğulmaq ərəfəsindədir.
Bu fəlsəfə doğulmadan "həyat" dərd deyildir,
Keyf elə, məkanı keyf verəcək zamanı doldurmaqla davam et.
Mən nə zaman ortaya çıxar?
Öncə "mən"dir əsas, yoxsa "Sən"?
Bu tarixin sualıdır, hər zamanlar üçün bu sual birinci sualdır,
Bütün ilklər bu sualla başlar.
Bizi yaradan "mən"lər "sən"i tanımadan həyatı qurursa, "mən" mərkəzdə olur.
"Sən" tanıyan həyat isə onun yaradıldığını tanıyır
Və "Sən" dediyi ilə rabitəsini axtarır.
Mənlə sənin biri birinə bağlanması " O" ya dönür.
"Biz" sonra qurulur.
Mənlə sənin O tanıması pozulduğu anlarda zaman itir, məkan qəliblərə dönür.
Mənlə səndən Oya münasibət isə Bizlərə yol açır, yeni dünya qurur.
Bizim "bizimiz" hələ ki, "Sən"nini tanımadığı üçün "mən" inin sərhədlərini çəkə bilmir,
Hər kəs içi boşaldılmış "sən"dən ibarətdir.
Ümid Ona qalıb.

Müəllif: İdris Heydərli
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Dünyapress TV

Xəbər lenti