"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...
DogruXeber.az: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur.

Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.

Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?”

Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün digər standartlardan daha önəmli olan bir standart gətirib. Bu da bina inşası üçün icazə almaq istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə mənzil verilməlidir!

Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.

Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq.//hurriyyet.az

Bölmənin digər xəbərləri

06 İyun 2024  “CƏMİ 1 İLDİR MÜDİR TƏYİN OLUNUB, 11 QOHUMUNU İŞƏ GÖTÜRÜB” - Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri haqda şikayət
06 İyun 2024 Beyləqan təhsilində, "bal tutan, barmaqlarını yalayır" VİDEO
06 İyun 2024 "Xan Bağı" restoranı dövlət vergisindən belə yayınır - Burada qanunlara üz çeviriblər
06 İyun 2024 Xırdalanda ev aldı, rəsmi şəkildə adına keçirdi, amma… - ŞİKAYƏT
06 İyun 2024 Milli Məclis “özünü buraxır”, bəs Prokurorluq?.. – MƏĞRUR BƏDƏLSOY YAZIR
06 İyun 2024 Azərbaycanın milyonları xaricə BELƏ DAŞINIR... - İLGİNC İDDİALAR...
06 İyun 2024 Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb?
06 İyun 2024 AMAL-ın bəhrəsini daha çox kim gördü – Kəndlərdə yaşayan gənclər, yoxsa Elvin Nəbiyev
04 İyun 2024 “İnternational Medical Centre 2” klinikası piyadaları belə təhlükəyə atır – Foto
04 İyun 2024 Şəki Uşaq İncəsənət Məktəbində ikitirəlik hökm sürür – Bunu Mədəniyyət Nazirliyi yaradıb
04 İyun 2024 Yevlax sakini rayon Məhkəməsinin hakim Kamil Əliyevin ədalətsiz qətnaməsindən Fərid Əhmədova müraciət etdi
03 İyun 2024  “Qurtuluş-93” şikayətçiləri Məhərrəm Novruzovu ifşa etdi... - sənədlər verilmir, ağaclar kəsilir, itlər…
03 İyun 2024  Alxasovların BİZNES İMPERİYASI... - Bu, yalnız bir qismidir...
03 İyun 2024 Burda müştərilərə görün, NƏ YEDİRİRLƏR... - FOTOFAKT
03 İyun 2024  "Cavid Əliyev yoxlama apararaq rəy verib ki, hər şey qaydasındadır..." - GİLEY
03 İyun 2024 “Pul vermirsənsə, sənə pensiya düşmür” - BU NƏDİ BELƏ?!
03 İyun 2024 Ucar rayon Qarabörk kənd tam orta məktəbinin direktor müavinindən şikayət edirlər... İDDİA
03 İyun 2024 Xəstə yaxınlarını öz xəstəsini görməyə icazə verməyən Mingəçevir şəhər xəstəxanasının həyətində "bazar diskoteka" VİDEO
03 İyun 2024 ƏN-in Xətai icra şöbəsi 1-ci dərəcəli gözdən əlilin pensiyasını yarıqat edib İcra məmurlarının «İcra haqqında» qanundan xəbərləri yoxdur?!
02 İyun 2024 Şəmkirli məşhur iş adamı ilə bağlı şok: Qazinin atasından 60 min manat alıb? SƏSYAZISI

Dünyapress TV

Xəbər lenti