Ardını oxu...
Bu gün DİN-in mətbuat xidmətindən yayılan məlumatda futbol oyununa qanunsuz bilet satışı edən daha 22 nəfərin saxlanıldığı qeyd olunub. Həmin şəxslər toplu şəkildə biletləri necə əldə edir?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı bu barədə “Yeni Sabah”a açıqlamasında deyib ki, “qara bazar” bütün dünyada mövcuddur və hər zaman mövcud olub:

“Tələb-təklif məsələsi var. Əgər bir oyuna maraq varsa və bu maraq böyükdürsə, orada qara bazar mütləq formalaşacaq və onlar qanunsuz üsullarla mütləq biletlər əldə edəcəklər.

Çempionlar liqasının Parisdə keçirilən finalını xatırlayaq. Həmin oyunda Fransa kimi qanunların işlədiyi bir ölkədə külli miqdarda saxta biletlər əldə olunmuşdu. O saxta biletləri əldə edənlər stadiona girmişdilər və əlində həqiqi biletlər olan adamlar qalmışdılar çöldə. Hətta bu çöldə qalan adamlar polisə müqavimət göstərdilər. Polis onlara qarşı zor tətbiq elədi, göz yaşardıcı qazdan istifadə elədi. Orada bir iğtişaş da yaşandı.

Yəni, bu, bütün dünyada baş verən proseslərdir. Avropa çempionatının oyunlarında da, dünya çempionatının oyunlarında da və Azərbaycanda da təbii ki...”

“Qarabağ”ın oyunlarına böyük maraq və tələbatın olduğundan danışan jurnalist bildirib ki, oyuna getmək istəyənlər yüz minlərlədir, ancaq stadionun tutumu isə 30 mindir:

“Bu da təəssüf ki, qara bazarın yaranması üçün bir şərait yaradır. Mən orada külli miqdarda, yəni minlərlə biletin əldə olunmasına da inanmıram. Çünki bu prosses haqqında biz idman mətbuatında dəfələrlə yazmışıq. Bu “Qarabağ”ın oyunlarında əvvəllər də olub. Yəni hər bir adam müəyyən yollarla 20-30 bilet əldə edə bilir. Əvvəllər də belə bir proses olub ki, bir nəfərə pasportla 2 biletdən artıq bilet satılmayıb. İnsanlar qohum əqrabalarını gətirirdilər stadionun qarşısına və hər adamın pasportu ilə 2 bilet alırdılar. Əllərində 20-30 bilet cəmləşdirirdilər və oyun günü onları baha qiymətə satırdılar.

Amma bu dəfəki proses bir qədər fərqli idi. Çünki problem onlayn satış prossesində yarandı. Təkcə hansısa azarkeşlərin və ya hansısa dəllalların əli ilə bu işi görmək qeyri-mümkündür. Bu onlayn bilet satışı edən sayt kimin nəzarətindədir, ora kim nəzarət edirdi, oranın təhlükəsizlik sisteminə niyə nəzarət edə bilməyibər, bu biletlər necə əldə olunub, bu məsələlər hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Güman edirəm ki, saytın rəhbərlərinin qara bazardakı dəllallarla müəyyən əlaqəsi ola bilər və onlar o biletləri dəllallara ötürə bilərlər. Bu çox inandırıcı faktdır. Mən iddia eləmirəm, bu təbii ki araşdırılacaq, amma kassalardan ikidən çox bilet satılmırsa, onu kütləvi şəkildə almaq qeyri mümkündür”.

Natiq Muxtarlı bildirib ki, bunlar onlayn bilet satışından yaranan problemdən qaynaqlanıb:

“O sayt kimin nəzarətindədir, onun rəhbərliyi kimdir, təhlükəsizlik məsələləri niyə qorunmamışdı, niyə onlayn satış zamanı sayta kütləvi surətdə daxil olanda sayt çökdü, bu məsələlə araşdırılsa düşünürəm ki, əsl günahkarlar ortaya çıxacaq.

Stadionun qarşısında tutulanlar isə o dəllalların əldə etdiyi biletləri satanlar idi. Yəni sadə, kasıb adamlardır. Bileti dəllallar onların vasitəsi ilə satdırırlar. Ancaq əsas təşkilatçılar arxa planda qalmasın. Kiçik fiqurları tutub böyük fiqurları qorumağa ehtiyac olmamalıdır. Ümid edirəm, bu araşdırılacaq və əsl cinayətkarlar öz cəzalarını tapacaqlar”.

Natiq Muxtarlı bildirib ki, əvvəllki oyunlarda belə bir ajiotaj olmayıb. Ancaq son oyunda artıq Çempionlar Liqasının pley-off mərhələsi olduğu və maraq da həddindən çox olduğu üçün bu hal baş verib:

““Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşsə və Bakıya daha böyük komandalar, “Barselona”, “Mançester sity” gəlsə ajiotajı təsəvvür edirsinizmi necə olacaq? Və təbii ki, orada qara bazara nəzarət edənlər, pul qazanmaq istəyənlər üçün fürsət yaranacaq. Yəqin ki, bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparacaq”.

Nəzrin Cavadzadə
 

Ardını oxu...
DİA.AZ: - "Lerik rayonunun 33-cü kilometrində yerləşən "Qala" Ailəvi İstirahət Mərkəzindən şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Sədrəddin Hacıyev adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır:
"3 nəfər yemək yeməyə getdik, ofisiantı çağırıb sifarişimizi verdik. Süfrəyə gətirdikləri ət sanki "rezinka" kimi dartılırdı... çeynəmək olmadı.

Şikayətimizi etsək də, heç kəs bizi vecinə almadı... 58 manat pulumuzu aldıla, və hətta artıq söz-söhbətlər də yarandı.

Görəsən kimsə bu iaşə sahəsinə nəzarət edirmi???"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Bu ilin iyul ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyon 555 min kVt/saat elektrik enerjisi ixrac edilib.

TEREF xəbər verir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 72,6 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 2,8 sent və ya mövcud məzənnə (1$/1,7azn) ilə hesablandığı zaman 4,8 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən təxminən 2 dəfə ucuzdur.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.Yeniavaz.com
 
Ardını oxu...
ABŞ-ın əmlak inşaatı sahəsində dünya liderlərindən sayılan “The Trump Organization” şirkətinin vitse-prezidenti, ABŞ-nın eks prezidenti Donald Trampın qızı İvanka Tramp keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olan “Qarant Holdinq” şirkətini Beynəlxalq Arbitraj məhkəməsinə verir.

Sfera.az-ın məlumatına görə, buna səbəb Donald Trampın adını daşıyan “Trump International Hotel & Tower Baku” adlı binanın tiikntisinin başa çatmasına baxmayaraq, hələ də açılışın baş tutmamasıdır.
Ardını oxu...
İvanka Trampın fikrincə bu, onun rəhbərlik etdiyi şirkətin işgüzar nüfuzuna böyük zərbədir.

Məlumata görə, 33 mərtəbəli, 130 metr hündürlüyü olan bu bina 2015-ci ildə inşa edilsə də, indiyə qədər istifadəyə verilməyib. Boş bina indi sadəcə mühafizə olunur.

“Trump otel”in 189 otağından ən kiçiyinin sahəsi 60 kvadrat metr təşkil edir. Hər bir nömrənin divarı təbii daş və palıd şponlar ilə işlənib. Otelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir.
Ardını oxu...
Ivanka Trump waves as she arrives at Joint Base Andrews in Maryland for US President Donald Trump’s departure on January 20, 2021. – President Trump travels to his Mar-a-Lago golf club residence in Palm Beach, Florida, and will not attend the inauguration for President-elect Joe Biden. (Photo by ALEX EDELMAN / AFP) (Photo by ALEX EDELMAN/AFP via Getty Images)
Ümumilikdə, “Trump Baku” müxtəlif növ görüş və tədbirlər üçün 2800 kvadrat metr sahə təqdim edə bilir.
 
Ardını oxu...
Prezident İlham Əliyevin nazirlərə və yerli icra başçılarına birbaşa vətəndaşlarla ünsiyyətə dair təlimatı son illərdə vətəndaşla dövlət arasındakı uçurumu aradan qaldırmağa başlayıb.

Ancaq bəzi nazirlər ölkə rəhbərininin bu tələbinə əməl etmir. Belə şəxslərdən biri də yeni təhsil naziri Emin Əmrullayevdir.

Sosial şəbəkələrə diqqət etmək kifayyətdir ki, ölkə vətəndaşının nazirə olan münasibətinin şahidi olasan.

Gununsesi.info-ya üz tutan Bakı sakini Aygün Abdullayeva Təhsil Nazirliyinin haqsızlığına məruz qalanlardandır.

Redaksiyamıza yolladığı şikayətində Aygün Abdullayeva bildirir ki, ötən 2 ay ərzində nazirin özünə və aidiyyatı qurumlarına etdiyi müraciətlər cavabsız qalıb:

“Məlumat üçün bildirim ki, mən 98 saylı uşaq baxşasında müəllimə köməkçisi çalışıram. Böyük övladın Nuray Abdullayeva baxça ilə yan-yana olan 286 saylı orta məktəbin 6-cı sinifində təhsil alır.

Digər övladım Kamil Abdullayevi də həmin məktəbdə təhsil alması üçün müraciət etmişik. .
Məktəbə qəbul üçün bütün prosedurlardan keçib. İmtahanının nəticəsi uğurlu olub. Lakin elektron sistemdə bizim iradəmizdən kənar olaraq yaranan problem səbəbindən “Sinifdə yer yoxdur” cavabını almışıq. İndi təsəvvür edin ki, işləyən bir ana bir övladını bir məktəbə, digərini başqa bir məktəbə necə yola sala bilər, necə dərsdən götürə bilər.

Nazirliyə etdiyim müraciətlər cavabsız qaldığından Gununsesi.info xəbər saytı vasitəsilə cənab nazir Emin Əmrullayevdən xahiş edirəm ki, övladım Abdullayev Kamil Natiq oğlunu (fin kod: 80aey0n) 286 orta məktəb Əzizova İradə Behbud qızının sinifinə qəbul edilməsinə köməklik göstərsin.

Yoxlaya da bilərsiniz, qızım Abdullayev Nuray Natiq qızı həmin məktəbdə təhsil alır(fin kod: 731satd)”.
 
Ardını oxu...
"Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfati kollektivi pozulan hüquqlarinin bərpası ilə bağlı Prezident İlham Əliyevə və 1-ci Vitse Prezident Mehriban Əliyevaya müraciət edib.

DİA.AZ xəbər verir ki, əksəriyyəti təqaüddə olan keçmiş kollektiv üzvləri qanuni istifadələrində olan bağları üzərində mülkiyyət hüququnun verilməsini istəyirlər.

Bağçılıqda daimi yaşayanların mülkiyyət sənədləri olmadığına görə, evlərinə daimi qaz, elektrik xətti çəkilmir.

Kollektiv aidiyyəti bütün qurumlara sənədləşdirilmə üçün müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Bu il hədsiz dərəcədə isti keçən avqust ayının əvvəlindən Meliorasiya və Su Təsərrüfatı” ASC-nin internet saytına baxanda ilk növbədə bu tip xəbərlər diqqəti çəkir: “Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır”; “Sabirabadda yeni nasos stansiya istifadəyə verilib”; “Ağdaş rayonunda 36500 ha əkin sahəsi suvarılır”; “Ağdamda mexaniki üsulla suvarma davam edir”; “Qazaxda əkin sahələrinin suvarılması davam edir”; “Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır”; “Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır” və s.
Redaksiyamıza müraciət edən fermerlər yəqin həmin xəbərlərə baxanda ya inanmırlar, ya da fikirləşirlər ki, ASC onlara münasibətdə ayrı-seçkiliyə yol verir: “Araz çayından başlanğıc götürərək Beyləqan – Ağcabədi – Füzulidən keçən “Xan Qızı” kanalı vasitəsilə Ağcabədinin Qaradolağ, Yeni Qaradolağ, Aran, Mehrablı, Kəbirli kəndlərini su ilə təminatı “düyünə düşüb”. 500 ha pambıq sahəsinin hələ heç birinci mərhələ suvarılması yekunlaşmayıb. İkinci suvarma isə suyun yoxluğu səbəbindən hələ başlamayıb. Ümumiyyətlə, bu ərazidə 1500 hektara əkilmiş pambıq yanmaq üzrədir”.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görünən odur ki, konfrans, iclas, tapşırıq – filan hamısı yalnız “gözdən pərdə asmaq” üçündür. Ortada əməli iş yoxdur. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatı üçün xeyirli hesab olunan pambıqçılığın perspektivini nəzərə alıb bu sahənin inkişafına dair Dövlət Proqramı üzrə xeyli vəsait ayırsa da, fermerlərə subsidiyalar verilsə də, görünən odur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki struktur vahidlərinin vəzifəli şəxsləri öz funksiyalarını yerinə yetirməyərək pulları göyə sovururlar.
aktualxeber
 
 
 
Ardını oxu...
Azərlotereya ASC-nin “Misri” və “Poz, qazan” mərc oyunları artıq iflas etməyə başlayıb. Bu da təsadüfi deyil. Çünki aylarla aldadılan insanlar indi dərk etməkdədir ki, udmaq şansı sıfırdır və hər gün pul uduzurlar. TİA.Az-ın reportyor qrupu məlumat verir ki, hazırda Bakı küçələrində həmin məntəqələrin qarşısında daha izdiham müşahidə olunmur. Şəhərdə gündən-günə artmaqda olan “Poz, qazan” piştaxtaları demək olar ki, azalmağa doğru gedir. Eyni zamanda, “Misli” məntəqələrinin də sayı artmır. Görünür, Azərlotereya ASC gedişatın onların əleyhinə çevrildiyini görməkdədir. Bu tendensiya bumeranq effekti verməyə başlayıb ki, nəticə küçələrdə kiçik müşahidə ilə bəlli olur.
Həmçinin fəaliyyət göstərən obyektlərə müraciət edənlər də çox deyil. Əvvəllər “Poz, qazan” oynayanlar növbəyə düzülürdü. Bu kütləvilik qumarın təşviqi ilə bağlı idi. İnsanlar inandırdı ki, kupon alıb qalib gələcəklər. Amma aylarla davam edən fırıldaq və saxtakarlıq çoxunun gözünü açdı və məlum oldu ki, qazanan yalnız Azərlotereya ASC-dir. Bu da müsbət haldır ki, əhali qumarın zərərini hiss etdi və tez ayıldı. Ekspertlər, deputatlar, din xadimləri, ziyalılar, habelə media çağırışlar edir, küçələrdə qumarın təşkilinə etirazını bildirir, bu hallara son qoymağa çağırırdı. Amma sözügedən şirkət öz bildiyini edir, Bakının hər künc-bucağında bu piştaxtaları artırır, milləti qumara təşviq edirdi. Amma bu kuponları alanlar içində pul udanlar barmaqla sayıla bilərdi. Odur ki, ASC həm “Misli” obyektlərinin sayını artıra bilmir, həm küçələrdə, metro çıxışlarında əvvəlki izdiham yoxdur. Bu dəfə “Topaz”dan da tez qumarın fısı çıxdı. Əslində, Azərlotereyanın layihələri batdı. Bu da qumarın axırı…
 

Dünyapress TV

Xəbər lenti