Müzakirə doğuran cədvəlin açması:
“Beynəlxalq hesabatlarda qeyd edilir ki, Azərbaycan universitetləri yüksəkkeyfiyyətli, dünya elminə töhfə verə biləcək tədqiqatlar ortaya çıxarmağa qabil deyil. Düzdür, Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil”.

Bu barədə Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məlumat verib. Belə ki, ekspertin bir neçə gün öncə ölkədə ali təhsilli şəxslərin sayına görə Azərbaycanın nəinki inkişaf etmiş ölkələrdən, MDB dövlətlərindən də geri qalmasına dair paylaşımı müzakirələrə səbəb olub.

Ekspert, Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinad etsə də, müzakirələrə səbəb olan statusu ilə bağlı ona ünvanladığımız sualları cavablandırıb.

O bildirib ki, 2022-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1 000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir:

“On il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb. Ali təhsillilərlə yanaşı, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə də Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB dövlətlərindən də geri qalır. Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704555133_2.jpg
2023-cü ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabər olub. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16,6%-ni təşkil edib. Ali təhsil göstəriciləri ilə bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir.

Düzdür, son illər Azərbaycanda tələbələrin sayında artım müşahidə edilir. Əgər 2011/12-ci təhsil ilində Azərbaycanda bakalavr təhsili alan 143 min tələbə var idisə, sonuncu dərs ilində bu rəqəm 212 min nəfərə yüksəlib. Yəni 70 min nəfərə yaxın və ya 48% artıb. Artıma əsas səbəb qəbul yerlərinin sayının çoxaldılması ilə bağlıdır. Çünki son 10 ildə Azərbaycanda bir il ərzində tələbə adını qazananların sayı da 32 min nəfərdən 46 min nəfərə yüksəlib - yəni 44% artıb”.

K.Əsədov onu da əlavə edib ki, rəsmi rəqəmlərdən də aydın olur ki, tələbə sayının artmasında dövlət ali təhsil müəssisələri daha çox rol oynayıb:
“Çünki 10 il öncə ölkədəki bakalavr tələbələrin 86,3 faizi dövlət, 13,7 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrində təhsil almaqda idi. Hazırda dövlət ali təhsil müəssisələrinin payı 88,6 faizə yüksəlib. Yəni 2,3 faiz bəndi artıb. Qeyri-dövlət təhsil müəssisələrinin toplam tələbə sayındakı payı isə 11,4 faizə enib.

Həmin müddət ərzində dövlət ali təhsil müəssisələri ilə bağlı diqqəti çəkən daha bir trend təqaüd alan tələbələrin sayındakı artımla bağlıdır. Belə ki, 10 il öncə Azərbaycanda dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin 40%-i təqaüd əldə edirdi. Hazırda bu göstərici 50,5 faizə yüksəlib. Yəni 10 faiz bəndindən çox artıb. Ancaq hələ də dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanların sayı daha çoxdur. Belə ki, son təhsil ilində dövlət ali təhsil müəssisələrində təhsil alanların 53,5 faizi ödənişli əsaslarla, 46,5 faizi isə pulsuz təhsil alıb. Dövlət ali təhsil müəssisələrində pulsuz təhsil alanların xüsusi çəkisi 10 il öncə 55,8%-ə bərabər idi.

Tələbələrin sayının artması ilə yanaşı, ixtisas qrupları arasında da fərqli trendlər müşahidə olunur. Doğrudur, 10 il öncə olduğu kimi, indi də Azərbaycanda tələbələr ən çox təhsil ixtisas qruplarında təhsil almaqdadırlar. Hazırda Azərbaycanda ali təhsil alan hər dörd tələbədən biri təhsil ixtisasları ilə bağlı qruplarda oxuyur. Lakin rəsmi rəqəmlərdən aydın olur ki, 10 il öncə ilə müqayisədə təhsil ixtisası qruplarında təhsil alanların payı dörd faiz azalıb. Eyni zamanda, son 10 ildə tələbə sayında ən az artım təhsil ixtisas qruplarında qeydə alınıb.

Onu da qeyd edək ki, təhsil ixtisasları Azərbaycanda qadın tələbələrin təhsil aldığı əsas təhsil qrupudur. Hazırda ölkə universitetlərində ali təhsil alan qadınların 37%-i, sadəcə, təhsil ixtisas qruplarında təhsil almaqdadır. Maraqlıdır ki, 10 il əvvəl bu göstərici 31%-ə bərabər idi. Yəni son 10 ildə təhsil ixtisasları üzrə təhsil alanların sayındakı artım digər ixtisaslara nəzərən daha az olsa da, qadın abituriyentlərin təhsil ixtisaslarına marağı daha da artıb.

Son 10 ildə say olaraq tələbələrin ən çox artdığı ixtisas qrupu isə kənd təsərrüfatı ixtisaslarıdır. Bu dövr ərzində həmin ixtisas üzrə təhsil alan tələbələrin sayı üç dəfədən çox artıb. Səhiyyə, rifah və xidmət ixtisaslarında oxuyanların sayındakı artım isə iki dəfəyə bərabərdir. Humanitar və sosial elmlər (89%), mədəniyyət və incəsənət (74%) və təbiət ixtisasları (45%) üzrə təhsil alan tələbələrin də sayında nəzərəçarpacaq artım var. Təhsil (26%), iqtisadiyyat və idarəetmə (31%), eləcə də, texniki və texnoloji (34%) ixtisas qruplarında təhsil alan tələbələrin sayı isə digərlərinə nəzərən daha az artıb”.

Ekspert tələbələrin sayının artımı ilə paralel olaraq professor heyətinin sayında artımın gözə çarpmadığına da diqqət çəkib:

“Bir məqamı da qeyd edim ki, son 10 ildə Azərbaycanda universitetlərdə təhsil alan tələbələrin sayının 50 faizə yaxın artmasına baxmayaraq, həmin müddətdə universitetlərin professor-müəllim heyətinin sayı çox cüzi artıb. Əgər 10 il öncə Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 14 min 650 nəfərə bərabər idisə, hazırda bu rəqəm 14 min 939 nəfərə bərabər olub. Yəni 10 ildə artım cəmi 289 nəfərdir. Son 10 ildə Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı cəmi 2%-ə yaxın artıb. Onu da qeyd edək ki, son üç ildə ölkədə universitetlərdə professor-müəllim heyətinin sayı ardıcıl azalmaqdadır. Bu baxımdan, aydın olur ki, son 10 ildə ölkədə hər müəllimə düşən tələbə sayında ciddi artım qeydə alınıb və universitetlərin saathesabı müəllim tələbi artıb”.

Könül Cəfərli
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti