Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl edilmədikdə - işçilərin dəymiş zərərin əvəzinin ödənilməsi hüququ yaranır: 1.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. 2. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 3. Kollektiv və ya əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər, işçilərin Əmək Məcəlləsi ilə nəzərdə tutulan hüquq və təminatları məhdudlaşmadan 4. Əmək haqqının verilməsi günü: istirahət, səsvermə, ümumxalq hüzn günü və s.iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, həmin günlərdən əvvəlki gün verilir. 5. Əmək müqaviləsi ləğv edilən işçiyə düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 6. İşçiyə əmək haqqı verilməsi -işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində zərərin əvəzi kimi ödənc verilməlidir. 7.Əmək müqaviləsi ləğv edilmiş işçininəmək kitabçasının verilməsi - işəgötürənin təqsiri üzündən ləngidildikdə, bu halda işə düzələ bilmədiyi bütün müddət üçün Işçilərə orta əmək haqqı ödənilməlidir. Azər Quliyev. Teref. Xocanın Blogu