Cəmiyyətin beyninə hopdururlar, adına "sosial verliş" dedikləri biabırçı "təbliğat ocaqları" kimi?!  VİDEO
Hamımız erməniyə gülür, bəzən acıqlanır və rişxəndlə deyirik ki, mahnılarımızı oğurlayıblar, rəqslərimizi oğurlayıblar və sair...
Buvaxta qədər mən də belə deyirdim, amma artıq fikrimi dəyişdim. Məncə "yaxşı edirlər", atalar deyib, "yeməyənin payını yeyərlər"...
Düşmən Azərbaycanın "mədəniyyət bağı"na oğurluğa girib, seçib ən gözəl mahnıları, musiqiləri, rəqsləri oğurlayır, biz də hər vəchlə SƏNƏTİ xalqa unutdurmağa çalışırıq.
Amma, əsl dəhşət də burasındadır ki, unutdurmaq işində Televiziya və Radio şurası birbaşa dəstək verir, daha doğrusu elə bu biabırçılığı məhz özü təbliğ edir.
Bəlkə də elə buna görədir ki, qocaman sənətkarlarımızın əksəriyyəti ürəyindən şikayətçidir.
Zarafat deyile, ömrünü sənətə, səhnəyə ver, axırda da...
Eh...
Yeri gəlmişkən, 8 noyabr (keçmiş Nobel) prospektində bir lövhə quraşdırılıb və həmin lövhədə "Xəzərə bax, gör necə dəyişir" sözləri yazılıb. Qeyd edim ki, bu lövhə məhz Murad Dadaşovun Xəzər televiziyasına rəhbər təyin edilməsindən az sonra quraşdırıldı.
Həmən ardından YouTube üzərindən yayımlanan "Fəlidən doğru xəbər" proqramı Xəzərdə yayımlanmağa başladı və....
"Və"dən sonra Xəzər TV-də fəaliyyətə başlayan verlişlərdən biri də bu "sənət əsəri"ni cəmiyyətə sırıyan həmin bu "incə səhər" proqramıdır.
Təkcə "Xəzər TV"nin adını yazdığıma baxmayın, demək olar ki, bütün televiziya kanalları bu vəziyyətdədir. Nisbətən İctimai TV hələ ki, fərqlənir, ona da baxan yoxdur.
Televiziya və Radio şurası hara baxır? Nə düşünür? Yoxsa bu şuranın üzvlərinin zövqü budur ki, onu da cəmiyyətin beyninə hopdururlar, adına "sosial verliş" dedikləri biabırçı "təbliğat ocaqları" kimi?!
Jalə Əsədova
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 

Dünyapress TV

Xəbər lenti