Dünən böyük Azərvaycan yazıçısı Hüseyn Cavidin 141 yaşı tamam oldu. Cavid əfəndinin həyatı və yaradıcılığı geniş tədqiq olunsa da, ömrünün son məqamlarından birini məndən başqa yazan olmamışdı. Dünən gənc jurnalist həmkarım Gunel Musa divarında paylaşım etmişdi, mövzusu və yazdığım şərh Hüseyn Cavidlə də bağlı olduğu üçün burada gətirirəm. “Peşimansan bir mövzuya xoşlarina gəlməyən reaksiya verəsən. O saat "uğursuz" sözünü yapışdırırlar adamın alnına. Şəxsən mən uğurlu hesab etdiyiniz bir çox adamdan uğurluyam. Başı üstündə, dili gödək olmadan yaşayan, sağlam düşünən, sürü psixologiyasından uzaq bir insan olaraq çox uğurluyam. Bircə pulum yoxdu”. Belə bir şərh yazdım: Günel xanım, insanın uğuru pulla ölçülmür. Bu sözləri mən yox, ABŞ prezidenti Cohn Fitscerald Kennedinin milyonçu atası, ABŞ-ın İngiltərədə səfiri olmuş, üç ABŞ prezidentinin seçilməsində ciddi iştirak etmiş, Cozef Kennedi deyib. İnsanın uğuru pulla ölçülmürsə, qələm əhlinin uğuru heç ölçülməz. Sübutu - fransız şairi Şarl Bodlerin "Albatros" şeiri. Başqa bir sübutu - tərcüməçi və şair Samuil Marşakın şeiri. Daha başqa bir sübutu - uğuru pulla, maddi nemətlərlə ölçənlər haqlıdırsa, belə çıxır ki, Süleyman Rüstəm Hüseyn Caviddən uğurlu qələm sahibidir? Və ya Süleyman Rüstəm kimi dövlətdən yaxşı mənzil, vəzifə, ad, mükafat, honorar alan, firavan dolanan, amma adı belə unudulan partiyalı şair və nasirlər Mikayıl Müşfiq, Almaz Yıldırım, Əhməd Cavaddan uğurlu adam və qələm sahibləridir? Əlbəttə ki yox! Linkini şərh bölümünə qoyduğum, - hamısı ordadır, - yazımda belə düşüncəni təhlil və tənqid etmişəm. Məqalə Hüseyn Cavidə həsr olunmasa da, qələm əhli, mövqeyi, dəyərləri və uğur anlayışı haqqındadır. Məmurun, biznesmenin, rüşvətxor məmurun, seks xidməti işçilərinin və yazıçının uğuru başqa-başqa meyarlarla ölçülür. Cingiz Sultansoy Teref.az