Xəbər verdiyimiz kimi, bu gün Binəqədi Rayon Məhkəməsində Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.
TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə zamanı məlum olub ki, Əvəz Zeynallıya qarşı yeni ittiham irəli sürülüb.
Sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham edilərək həbs olunan jurnalist bu dəfə də məcəllənin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsilə də təqsirli bilinib.
Onun vəkili Aqil Layıc Əvəz Zeynallı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəklərini qeyd edib.