Britaniya əsilli avstraliyalı Saymon Çarlz Dorani-Dey özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandırır və monarxdan DNT testi tələb edir.
O, həmçinin Uilyama Uels şahzadəsi titulunun verilməsinə görə özünü təhqir olunmuş hiss etdiyini bildirib. 56 yaşlı kvinslendlinin sözlərinə görə, şahzadəyə yeni titulun verilməsi “onun üzünə dəyən qəfil zərbə” kimi olub.
“O, Uilyama belə bir titul verir və bəs mənim cavabım haradadır? DNT testi haradadır? Əgər mənim atam deyilsənsə, sübut et”, - deyə Dorany-Dey bildirir.
Avstraliyalı kral sarayına qohum olan bir ailə tərəfindən övladlığa götürüldüyünü və uşaq ikən Portsmutda yaşadığını iddia edir. Onun sözlərinə görə, sarayda işləyən nənəsi şahzadə Çarlz və Kamillanın onun “gizli bioloji valideynləri” olduğuna inandırıb.
Dorani-Dey həmçinin kral III Çarlz və həyat yoldaşına çox bənzədiyini iddia edir. O, monarxdan DNT testi tələb edir lakin hələlik heç bir cavab almayıb.
III Çarlzın “gizli oğlu” onu da bildirb ki, “valideynlərini” məhkəməyə verməyə hazırdır. O, iddiaları ilə bağlı sübut təqdim etməyə hazır olduğunu da deyib. Mənbə: Daily Mail