"Vəkilin həbsi ilə bağlı məsələ Vəkillər Kollegiyası olaraq diqqətimizdədir" - Anar Bağırov
"Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib.

A. Bağırov bildirib ki, qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur. Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər. Vəkilin həbsinə gəldikdə isə, A. Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib: "Burada qanunun tələblərinə riayət olunmuşdur və hər hansı pozuntu mövcud deyil. Bunu mən rəsmən bəyan edirəm. Bildiyiniz kimi, Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib. Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də buna etiraz etməyib və bu ünvan reyestrdə öz əksini tapıb. Məndə olan dəqiq məlumata görə, həmin ünvanda yəni, vəkilin qeydiyyatda olduğu ofisdə heç bir axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Yəni, bizdə olan məlumat budur. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən heç bir məlumat təqdim edilməyib".

O qeyd edib ki, KİV-lərdə vəkilin ofisində axtarış aparılması haqqında məlumatlar həqiqəti əks etdirmir.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti