Hər gün Neft Daşlarına yollanan neftçilər əslində ölümlə üz-üzə qalırlar və həyatlarını rəsmən risqə atırlar. DİA,AZ bildirir ki, bu barədə narazı işçilər müraciətlərində qeyd edirlər və "Azneft" rəhbərliyini onların probleminə qulaq verməyə dəvət edirlər. Neftçilər yazır: "Helikopter problemi hələ də qalır. Bu yaxınlarda yenə işçiləri qırağa çıxaran helikopterdə nasazlıq yaranmışdı. MI8 markalı helikopter "SWHS HELICOPTER SERVICES" şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində (platforma,özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir.
Son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halı müşühidə olunur. Helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və digər hissələrində problemlər yaranır.
Problem əsasən AZE 69 və 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişini helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər".
Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...