BTE də narazıdır:
“Valideynlər yuxarı sinif şagirdləri üçün geyim almağa gəlirlər, biz dəfələrlə elan eləmişik ki, yuxarı sinif şagirdləri üçün geyim tikmirik, çatdırmırıq. Yuxarı sinifdə nə qədər uşaq var, onların hamısının forması balacalaşıb, köhnəlib?! Mən Təhsil Nazirliyi deyiləm. Əgər qərar gec verilibsə, bizim nə günahımız var?! İndi bizim boğazımız əldə qalıb. Heç nazirlikdən soruşmurlar ki, niyə vaxtında hansı rənglərdən tikmək lazım olduğunu demirdin. Niyə demirdin ki, I və IV siniflər geyinəcək, digər siniflər başqa yerdən alsınlar”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, mart ayında verilən qərarda məktəblərin forma seçib sifariş verəcəyi qeyd edilmişdi. Lakin məktəblərin heç birindən səs çıxmayıb:

“Mart ayında yeni formalar təsdiq olundu. Deyildi ki, yeni forma I və IV siniflərə şamil olunacaq. Digər siniflər isə gələn ildən yeni formadan istifadə edəcəklər. Sonra köhnə formaların qüvvədə qalacağı deyildi. Qərarda yazılmışdı ki, geyimlərdə 4 rəngdən istifadə edilə bilər və bu rəngi məktəblər sifariş edir. Bundan sonra məktəblər istirahətə getdi, bir adam bizə yaxınlaşmadı, demədi ki, hansı rəngi istəyirlər. Nə sifariş var, nə də biz bilmirik hansı rəngi sifariş edək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə getidk, onlar da bizə zəng edib, hansı rəngdə forma sifariş verəcəklərini söz verdilər. Gözlədik, demədilər. Biz də fikirləşdik ki, vaxt azdır, bu parçalar burada istehsal olunmur. Biz parçaların pulunu 100 faiz ödəməklə alırıq. Pulu ödəmədən almaq mümkün deyil. İyun ayında parçaları sifariş verdik, 45 gün ərzində parçalar gəlib çıxır. Bizdən soruşan olmadı ki, nə rəng edirsiniz. Birdən biz iki yox, yalnız bir rəng etsəydik, onda nə olacaqdı?!”

Qurum nümayəndəsi müəssisədə valideynlərin məktəbli forması almaq üçün yaratdığı sıxlığa toxunaraq bunları deyib:

“Ümumiyyətlə, nazirlik deyir ki, bu, tövsiyədir. Məktəbli forması nə I, nə də IV sinif üçün məcburidir. Çünki qərar gec verilib. Hamı bunu başa düşməlidir. Valideynlər bizi sorğuya tutublar ki, niyə vermirsiniz, niyə gecikir? Necə başa salaq ki, bizim burada heç bir məsuliyyətimiz yoxdur. Bizlə müqavilə bağlayan olmayıb, bizə kimsə sifariş etməyib. Bizim işimiz hərbi və polis formalarının tikilməsindən ibarətdir. İlk növbədə o işlə məşğul olmalıyıq. Bizə kim tapşırıq verib ki, məktəbli formasını tikin? Heç kim. Biz özümüz fikirləşdik ki, indiyədək məktəbli forması eləmişik, indi də müəyyən qədər edib, satışa çıxaraq. Daha bilmədik ki, o biri fabriklər heç bir şey etməyəcək. Bu iş başlı-başına buraxılıb”.

Etibar Əzimov işbazlarla da mübarizə apara bilmədiklərini qeyd edib:

“Gündə 1300-1500 uşaq geyindiririk. Biz tikirik, satışa çıxarırıq. Birinə 1-2 dənə köynək lazımdır, amma əllərində 6, 14 dənə köynək görmüşəm. Deyirəm ki, sən hara tələsirsən, dünyanın axırıdır, bu, çörək deyil axı. Uşaq ən yaxşı halda iki dənə köynək geyinə bilər. Deyirlər ki, qardaşım uşağına alıram və s. Yalan deyirlər, sonra aparıb baha satırlar. Onun da qarşısını ala bilmirik. Alıcıdır, pulunu verib alır, hüququdur, onun da hüququna girmək olmaz. Marketə gedirik, qənd soruşuruq, satıcı olmadığını deyir. Biz satıcını boğuruq? Əlbəttə, yox. Yoxdur da. Bizə gələnlər isə bizi ittiham edirlər. Niyə yoxdur, siz nəyə baxırsınız? Nazirlik bu işi bizə tapşırmayıb. Nə bir rəsmi görüş, nə bir şey. Heç kim bizi harasa çağırıb deməyib ki, siz əvvəl də bu işlə məşğul olmusunuz, xahiş edirik, bu il də məşğul olasınız. Heç vaxt bizə tapşırıq olmayıb. Biz ancaq bank krediti ilə alıb, gətirib, tikirik. Alıcılar da məmnundurlar, əvvəlki məktəbli formalarını uşaqlar 2-3 il geyinirdilər. Əllərindən iş gəlməyənlər başlayıblar ki, formalar keyfiyyətsizdir. Bu məhsullar təmiz pambıq və yun parçadan hazırlanıb. Belarusdan alınıb, hamısının sertifikatı, istehsalçısı qeyd olunub”.

Qeyd edək ki, bu il Nazirlər Kabineti yeni məktəbli formaları haqqında qərar qəbul edib. Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Bakı Tikiş Evində isə iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Avqustun17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Formaların Bakı Tikiş Evi və “Bravo” supermarketlərindən başqa digər mağaza və dükanlarda satışı qadağandır.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti