Deyirlər, həbsdə ağlı gedib. Ağır psixoloji durumdadır. *** Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin rəhbəri, MTN-nin törətdiyi əksər cinayətlərin təşkilatçısı, icraçısı Elçin Quliyev.
Həbs olunduğum günü bunun kabinetinə apardılar. İçəriyə daxil olanda ilk sözü “gördün, torbanı necə tikdim” oldu. Dedim, vaxt gələr qanun qarşısında cavab verərsiniz. Oturduğu kresledon durub, yanima yaxınlaşaraq, əlini çiynimə qoydu və “ bu ölkədə hebs eden de azad edən də bizik” dedi. Doğrudan da dəhşətli mənzərə idi. Ölkənin əsas güc nazirliyinin ali zabit heyətinin generalı səni şərlədiyini üzünə deyir. Mütəfəkkirlərdən biri deyir ki, ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilənlərdi… “MTN Gündəliyi” 17 sentyabr 2013-cü il Pərviz Həşimli Teref.az