Qərbi azərbaycanlılar siyahıya alınacaq -
Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.

Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında Modern.az-a danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi:

“İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi.

Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.

İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə, həmin şahidlərin dedikləri səsyazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”.

Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmir, heç kimin torpaqlarına göz dikməyib:

“Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da nə zamansa, o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir”.

Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülübsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır:

“34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırması, öldürməsi haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir.

Mən 10 il yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir.

Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir”.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti