İran azərbaycanlı yük maşınlarına qarşı ayrı-seçkilik edir və onlara yanacaq satmaqdan imtina edir.
İran ərazisindən keçərkən Gürcüstan nömrəli avtomobillərdən yol vergisi və digər rüsumlar daxil olmaqla təxminən 550-600 dollar alınır. Amma Azərbaycan və Türkiyə yük maşınları İrana daxil olarkən yanacaq vergisi ödəyirlər. İranlılar onlara yanacaq satmaqdan imtina etdiyi üçün çənləri dolu ölkəyə daxil olmağa məcbur olurlar. Yanacaq vergisindən əlavə hər birindən əlavə olaraq 350 dollar alırlar. İran tərəfi İraqa gedən sürücülərdən qayıdarkən 860 dollar tələb edir. Məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlət nömrə nişanlı yük maşınlarının İran ərazisindən tranziti demək olar ki, qeyri-mümkündür. Sürücülər deyir ki, İrana girib-çıxarkən onlardan yol vergisi və digər xərclər kimi təxminən 1500 dollar alınır. Gürcü nömrəli yük maşınlarının sürücüləri xeyli az pul ödəyirlər. \\AMİA.AZ