Meksikada daha bir jurnalist qətlə yetirilib. Bakupost.az xarici mediaya istinadən bildirir ki, yerli “La Realidad” nəşrinin redaktoru Fredi Roman evinin qarşısında güllələnib. Onun hansı səbəbdən öldürüldüyü bilinmir. Jurnalistlərə qarşı cinayətləri izləyən yerli “Articulo 19” təşkilatı qətlin jurnalistin peşə fəaliyyəti ilə bağlı olduğunu ehtimal edir. Çünki Fredi Roman bu il Meksikada qətlə yetirilən 15-ci jurnalistdir; onlardan 9-un qətli peşə fəaliyyəti ilə əlaqəli olub.