Hazırda həbsdə olan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun İsveçrədəki evi tapılıb. “Yeni Sabah” xəbər verir ki, bu haqda məlimatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. O, bildirib ki, sözügedən ev sabir nazirin oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib. Dəbdəbəli malikanə Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex ünvanında yerləşir. S. Müslümovun oğlu A. Müslümlü hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır. Bildirək ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq nazirin dövlətin 27 milyon manatını mənimsədiyi, həmin vəsaitin isə artıq 20 milyon manatını dövlət büdcəsinə qaytardığı deyilir.