Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib. Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb. Bəs, bunun Azərbaycana təsiri ola bilərmi? Mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək: “Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər”