Helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisi üçün bu gün paytaxt Tehranda təşkil edilən dəfn mərasimindən paylaşılan görüntülər böyük maraq doğurub.
“AzPolitika” xəbər verir ki, sözügedən görüntülərdə Rəisi və qəzada həyatını itirənlərdən birinin tabutu üzərinə qara rəngli əmmamə qoyulduğu ortaya çıxıb.
“Associated Press” nəşri bu məsləni araşdırıb və məlum olub ki, İranda tabut üzərinə əmmamə qoyulması həmin şəxsin Məhəmməd Peyğəmbərin soyundan gəldiyini göstərir.