Qazax rayonunun Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Babək və Fərrux Qayıbov küçələri istifadəyə yararsızdır.
Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.
Onlar bildiriblər ki, sözügedən ərazidə yollar sonuncu dəfə 1988-ci ildə təmir edilib:
"Həmin ünvanda asfaltlanma, təmir-bərpa işləri uzun müddətdir aparılmır. Mövcud vəziyyət qış aylarında daha da çətinləşir. Maşınlar sıradan çıxır. Piyadaların vəziyyəti isə daha da acınacaqlı olur. Xahiş edirik bizim problemimiz həll edilsin".