Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar
Rusiya televiziyaları və “z” təbliğatçıları “ayaqqabılarını tez bir zamanda dəyişdilər”.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, yerli analitiklərin Suriya ilə bağlı yaranan pərtliyi ört basdır etmək üçün dəridən qabıqdan çıxması sosial şəbəkələrdə belə bir lağedici ifadə ilə təsvir olunub.

İndi Kremlə yaxın mətbu orqanlarda Suriyada hakimiyyəti ələ keçirən silahlılar artıq terrorçu adlandırılmır, Bəşər Əsəd və Suriya ordusu sərt şəkildə tənqid edilir.

Halbuki dekabrın 7-ə qədər “Birinci Kanal” Suriya üsyançılarını "terrorçular" adlandırdı, lakin artıq bazar günü bu söz təbliğatçıların leksikonundan itdi, “Rusiya dəfələrlə Əsəd rejiminə xəbərdarlıq etdi, lakin onun ordusu birdən-birə gücünü itirməyə başladı”-indi kanallarda belə bir təbliğat gedir.

Birinci Kanalın ekspertləri isə yaranan vəziyyəti “Suriya ordusunun çürüməsi” ilə izah etməyə çalışıblar.

Solovyov bütün məsuliyyəti adi suriyalıların üzərinə atlıb. "Bu məsuliyyəti öz üzərinə götürmək istəməyən bir xalqın həyatı üçün məsuliyyət daşımaq qəribədir", - deyə qara təbliğatçı "Rossiya 1" kanalında deyib.

Z-kanallarında Rusiyanın Suriyadakı siyasətinin uğursuzluğu şiddətlə müzakirə olunur. Əksər müəlliflər birbaşa günahkarların adını çəkməkdən və sadələşdirilmiş formalarda yazmaqdan qorxurlar, Lakin yazılarda kinayəli eyhamlar da az deyil. Budur onlardan bəziləri:

“Rusiya hərbçilərinin Suriyadan çıxarılması üçün əmrlər alınıb. Müdrik siyasətçinin alçalmasının növbəti zəfəri”.

“Suriyada on illik kampaniyamızın əsas nəticəsi yalnız Əsəd və ailəsinin Moskvaya təxliyə olunmasıdırsa, çox üzücü olacaq. Digər tərəfdən, mənfi təcrübə də təcrübədir”.

“Deyəsən, biz Suriyadakı bazalarımızı itirəcəyik. Olsun. Saçımızı yolası deyilik ki. Bu o deməkdir ki, əsas cəbhədə daha çox insan və təyyarə olacaq. Aydındır ki, Suriyadakı bazaların itirilməsi ilə biz Afrikanı da itirəcəyik”.
 
 
 

Bölmənin digər xəbərləri

11 Dekabr 2024 Tiflisdə yenidən aksiyalar başladı
11 Dekabr 2024 Almaniya İtaliyaya təzminat ödəyəcək – SƏBƏB
10 Dekabr 2024 Enerji böhranına görə məktəblər bağlanacaq - Baş nazir açıqladı
10 Dekabr 2024 Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO - VİDEO
10 Dekabr 2024 Türkiyə nələr qazandı? Böyük Turan gəlir – Abovyan
10 Dekabr 2024 "Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
09 Dekabr 2024 Əsəd: Londonda göz həkimi ikən necə Suriya diktatoru oldu - BƏŞƏRİN HEKAYƏSİ
09 Dekabr 2024 Suriyada keçid dövrü 18 ay davam edəcək
09 Dekabr 2024 Rusiyada miqrantların məktəb və uşaq bağçalarının yaxınlığında yaşaması qadağan edilir
09 Dekabr 2024 Rusiyanın Suriyadakı hərbi baza və diplomatik təhlükəsizliyinə zəmanət verildi
09 Dekabr 2024 Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır
09 Dekabr 2024 Bəşər Əsədin əmisi oğlu öldürüldü - FOTO/VİDEO
09 Dekabr 2024 Böyük Britaniyada qasırğa fələakəti: ölənlər var
09 Dekabr 2024 Dəməşqdə komendant saatı tətbiq edilir
09 Dekabr 2024 İtaliya XİN: "Silahlı şəxslər ölkənin Dəməşqdəki səfirliyinə gəlib"
08 Dekabr 2024 Dəməşqdə Əsədə dəstək nümayişi: Səddam Hüseynin son günlərini xatırladan mənzərə - VİDEO
08 Dekabr 2024 SEPAH Azərbaycanı savaşla təhdid etdi: "Qafqazda müqəddəs müharibə yaxınlaşır..."
08 Dekabr 2024 Narahatıq, BMT-nin islahata ehtiyacı var - Tokayev
08 Dekabr 2024 Əsəd xalqa və beynəlxalq aləmə müraciət edəcək - TƏCİLİ
07 Dekabr 2024 Onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər - ŞƏRH

Dünyapress TV

Xəbər lenti