Su kanalında antisanitar vəziyyət: “Əvvəllər çay qoyulurdu, indi əl yumağa iyrənirik” - VİDEO
Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur. Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır.

Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub. Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib:

“Əvvəllər bu sudan çay qoyulurdu, amma indi əl yumağa iyrənirik”.

Evləri kanalın lap yaxınlığında olanlar daha çox əziyyət çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, suallarımıza cavab verilmədi.

Daha ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti