Qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki,Bakı Baş Gömrük İdarəsi tərəfindən edilmiş qanunsuzluqla «ULDUZ-ELEKTRON» MMC-yə xüsusilə külli miqdarda zərər vurmuşdur. Beləki, Bakı Baş Gömrük İdarəsi tərəfindən malın kodu qəsdən aidiyyatı olmayan, lakin daha çox rüsum tətbiq edilən kod ilə dəyişdirilməklə «ULDUZ-ELEKTRON» MMC-dən qanunsuz olaraq xüsusilə külli miqdarda gömrük rüsum və vergilərini qanunsuz almışdır".
«ULDUZ-ELEKTRON» MMC-nin rəhbəri Mədət Quluzadə Bizimxeber.az-a daxil olan müraciətində bildirir: "Görəsən Bakı Baş Gömrük İdarəsi bu qanunsuz rüsum və vergiləri hansı ödənilməli olan və ödənilməmiş idxal vergilərini kompensasiya etmək üçün almışdır? Cavabı çox sadədir, monopolistlər tərəfindən ödənməli, lakin büdcədən yayındırılan vəsaitləri düzgün işləyən müəssisələrin üzərinə yükləməklə vəziyyəti idarə etmək, plan-proqnoza artıqlaması ilə əməl etdiklərini göstərmək, eyni zamanda düzgün işləyən müəssisələri sıradan çıxartmaq və monopolistlərə daha geniş imkanlar yaratmaq üçündür".
M,Quluzadə qeyd edir ki, gömrük orqanları indiyədək «ULDUZ-ELEKTRON» MMC-yə kifayət qədər məhkəmə prosesini uduzmuş, nəticədə «ULDUZ-ELEKTRON» MMC-yə təzminat ödəmiş, lakin eyni təzyiqləri yenə də, bu gün də davam etdirirlər. ULDUZ-ELEKTRON» MMC tərəfindən dəfələrlə bu barədə sabiq sədr Səfər Mehdiyevə bildirilsə də heç bir tədbir görmədi, eyni zamanda hazırkı sədr əvəzi Şahin Bağırova da müraciət edildi, lakin o da heç bir tədbir görmədi. Bu günədək gömrük orqanlarında düzələn heç bir şey yoxdur. «ULDUZ-ELEKTRON» MMC ona görə də sədr əvəzi Şahin Bağırova gömrükdə sədrdən başqa daha nə dəyişmişdir, sualını ünvanlamışdır. Sədr əvəzi Şahin Bağırov bu elementar sula belə cavab verə bilmədi.
Hazırda həmin suallara cavab verilməsi öhdəliyinin Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması üzrə məhkəmə prosesi icraata qəbul edilmişdir (uzun müddət Bakı İnzibati Məhkəməsi işi icraata götürməməkdə israr etsə də nəticədə Bakı Apellyasiysa Məhkəməsi MMC-nin bu barədə haqlı olduğuna qərar verib və işi icraata götürməsi üçün qərar qəbul edib). Bir daha sədr əvəzi Şahin Bağırova bir daha eyni sualı ünvanlamaq istərdim: Cənab sədr əvəzi Dövlət Gömrük Komitəsində sədrdən başqa nə dəyişmişdir?".